Şrift:
Gürcüstan 100 min doza “Sinovac” peyvəndi alıb
30.04.2021 [10:54] - Gündəm, Sosial
Gürcüstan koronavirusa qarşı mübarizə tədbirləri çərçivəsində 100 min doza Çin istehsalı olan “Sinovac” peyvəndi alıb.

Bu, Gürcüstanın Çindən aldığı ikinci vaksindir. Gürcüstan aprelin əvvəlində 100 min doza “Sinopharm” preparatı alıb.

Bildirilir ki, iyun-iyul aylarında əlavə 500 min dozanın tədarükü gözlənilir. Çin vaksini ilə peyvəndlənmə prosesinə mayın 4-də start verilməsi planlaşdırılır.

Artıq 7 minə yaxın şəxs “Sinopharm” peyvəndi vurdurmaq üçün qeydiyyatdan keçib.
Bu xəbər oxucular tərəfindən 587 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed