30.04.2021 [10:56] - Gündəm, Sosial
Hindistanda ötən sutka ərzində COVID-19 infeksiyasına 386 min 888 yoluxma aşkarlanıb. Bununla da Hindistan dünya üzrə COVID-19 virusuna gündəlik yoluxma antirekordunu yeniləyib. Hindistanda ardıcıl 9 sutkadır ki, yoluxma sayı 300 mindən çoxdur.
Hindistanın Federal Səhiyyə Nazirliyinə istinadla xəbər verir ki, ötən sutka ölkədə COVID-19 infeksiyası səbəbindən 3 min 498 ölüm qeydə alınıb. Bu rəqəm ötən sutka dünya üzrə də ən böyük ölüm göstəricisi olub.
Pandemiyanın 2-ci və daha ağır dalğasının müşahidə olunduğu Hindistanda indiyədək COVID-19 infeksiyasına 18 milyon 754 min yoluxma qeydə alınıb. Pandemiya qurbanlarının sayı isə 208 mindən çoxdur. Aktiv xəstələrin sayı 3 milyonu ötüb.
Qeyd edək ki, təkcə aprel ayında ölkədə 6 milyondan çox yoluxma aşkarlanıb. Mütəxəssislər Hindistanda yoluxma sayının sürətlə çoxalmasının COVID-19 virusunun Hindistanda aşkarlanan daha təhlükəli variantı (B.1.617), habelə son aylar kütləvi siyasi və dini tədbirlərin keçirilməsi ilə bağlı olduğunu bildirirlər. COVID-19 virusunun Hindistan variantı virusun orijinal variantından daha təhlükəlidir. Belə ki, bu variantın yoluxuculuq dərəcəsi daha yüksəkdir və daha ölümcüldür. Bundan başqa, vaksinlərin qoruyuculuq qabiliyyətinə üstün gələ bilir.
Ekspertlər Hindistanın ancaq vaksinasiya sayəsində pandemiyanın 2-ci dalğasını nəzarət altına ala biləcəyinə ümid edirlər. Dünyada ən çox vaksin istehsalçısı olan Hindistanda təxminən 600 milyon nəfərin COVID-19 virusu əleyhinə vaksinasiyası üçün kifayət qədər peyvənd ehtiyatı yoxdur. Vaksinasiya üçün xüsusi onlayn platformada milyonlarla vətəndaş qeydiyyatdan keçsə də, onların nə vaxt peyvənd olunacağı məlum deyil.

Bu xəbər oxucular tərəfindən 593 dəfə izlənilmişdir!
Yahoo | |||||||
Del.icio.us | Digg | StumbleUpon | FriendFeed |