Şrift:
Beş nəfər aktiv koronavirus xəstəsi ictimai yerlərdə aşkarlanaraq saxlanılıb
30.04.2021 [10:59] - Gündəm, Hüquq
Daxili işlər orqanlarının əməkdaşları aprelin 29-da respublika ərazisində beş nəfər aktiv koronavirus xəstəsini ictimai yerlərdə aşkarlayaraq saxlayıblar.

Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətindən bildiriblər ki, polis əməkdaşları onlarla izahedici söhbətlər aparıb, tibbi prosedurları gözləməklə yaşadıqları evə qaytarıb, bu barədə müvafiq səhiyyə qurumları məlumatlandırılıb.

Cinayət Məcəlləsinin 139-1.1-ci (epidemiya əleyhinə və karantin rejimlərinin pozulması) maddəsi ilə iki nəfər barəsində cinayət işi başlanılıb. Hazırda istintaq araşdırmaları davam etdirilir.

DİN bir daha vətəndaşlarımızdan koronavirusla əlaqədar tətbiq olunmuş xüsusi karantin rejimindən irəli gələn bütün tələb və qadağalara ciddi riayət etmələrini xahiş edir.
Bu xəbər oxucular tərəfindən 2985 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed