30.04.2021 [12:47] - Xəbərlər, Siyasət, Özəl xəbər, Fərəc Quliyev
Partiya sədri: «Azərbaycan Prezidentinin baxış bucağı tamamilə milli iradəyə uyğundur»
«Dövlətlər öz mövqelərini açıq şəkildə ortaya qoymalı – dost, ya düşmən olduqlarını konkret deməlidirlər. Prezidentin də dediyi kimi, strateji tərəfdaşıqsa, deməli, qarşılıqlı əlaqələrdə səmimi olmalıyıq. Necə ki, rəsmi Bakı öz davranışlarında həmişə səmimi olub». Bunu "Azad Azərbaycan"a Millət Dirçəliş Hərəkatı Partiyasının sədri Fərəc Quliyev deyib.
Onun sözlərinə görə, müharibə vaxtı Rusiyanın Ermənistana ayrı-ayrı vaxtlarda silahlar göndərməsi, həmin silahların mülki təyyarələrdə daşınması, yükləri erməni tərəfindən kimlərin qarşılaması və hətta marşrutu hamıya yaxşı məlumdur: «Bunları biz biliriksə, deməli, Rusiya da bilir. Ona görə də qarşılıqlı münasibətlərdə səmimiyyət istəyirik”.
F.Quliyev Qarabağdakı rus hərbçilərinin fəaliyyətinə də toxunaraq bildirib ki, qarşılaşdığımız mənzərə çox təəccüblüdür: «Yenə də Prezidentin dediyi kimi, sülhməramlılar gələndə elə bilirdik ki, əməkdaşlığımızda yeni format yaranacaq. Lakin qarşılaşdığımız mənzərə bizi təəccübləndirdi və təəssüfləndirdi. Bunlar ölkə ictimaiyyətini maraqlandıran, olduqca mühüm məsələlərdir. Dövlət başçısının baxış bucağı isə tamamilə milli iradəyə uyğundur. Mən partiya sədri olaraq bu baxışlar sistemini dəstəkləyirəm və sonadək müdafiə edəcəm».

Bilman İSAQ/azadaz.com
Bu xəbər oxucular tərəfindən 598 dəfə izlənilmişdir!
Yahoo | |||||||
Del.icio.us | Digg | StumbleUpon | FriendFeed |