Şrift:
Sinoptiklər ölkə ərazisində gözlənilən qeyri-sabit hava şəraiti ilə əlaqədar xəbərdarlıq ediblər
03.05.2021 [14:12] - Gündəm, Bildiriş
Milli Hidrometeorologiya Xidmətinin verdiyi məlumata əsasən, mayın 5-i səhərdən 6-sı səhərədək Bakıda və Abşeron yarımadasında şimal-qərb küləyinin əsəcəyi, sürətinin saniyədə 15-20, arabir 23-25 metr olacağı, mayın 5-i gündüz yarımadanın bəzi yerlərində arabir 28-32 metrədək güclənəcəyi gözlənilir. Arabir yağış yağacağı ehtimalı var.

Xidmətdən bildiriblər ki, mayın 5-dən 6-sı axşamadək Azərbaycanın rayonlarında hava şəraitinin qeyri-sabit keçəcəyi, bəzi yerlərdə şimşək çaxacağı, arabir yağış yağacağı, ayrı-ayrı yerlərdə intensiv, əsasən şimal və qərb rayonlarında güclü olacağı, dolu düşəcəyi, yüksək dağlıq ərazilərdə qar yağacağı proqnozlaşdırılır. Qərb küləyi əsəcək, sürəti arabir 15-20 metr/saniyə olacaq, mayın 5-də ayrı-ayrı yerlərdə arabir 25-30 metr/saniyəyədək güclənəcək.

Çaylarda sululuğun artacağı, Böyük və Kiçik Qafqazın bəzi dağ çaylarından qısamüddətli daşqın keçəcəyi ehtimalı var.
Bu xəbər oxucular tərəfindən 1297 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed