Şrift:
Sabahdan Rusiyadakı azərbaycanlılar imtahan verəcək
03.12.2012 [10:22] - Gündəm, Diaspor
Qanun mənzil-kommunal təsərrüfatında çalışan və pərakəndə ticarətlə məşğul olan miqrantlara şamil edilir.Rusiyada əmək miqrantları haqqında yeni qanuna əsasən sabahdan başlayaraq burada yaşayan miqrantlar rus dilindən imtahan verməyə məcbur olacaqlar. Rusiyada fəaliyyət göstərən Ümumrusiya Azərbaycanlıları Konqresinin nümayəndəsi İlqar Hacıyevin verdiyi məlumata görə, bu qanun mənzil-kommunal təsərrüfatında çalışan və pərakəndə ticarətlə məşğul olan miqrantlara şamil edilir. Rusiyada yaşayan soydaşlarımız da imtahanlarda iştirak edəcəklər.

Xatirladaq ki, Rusiya Federasiya Şurası oktyabrın 31-də əmək miqrantları haqqında yeni qanun layihəsini təsdiq edib.
Bu xəbər oxucular tərəfindən 1307 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed