04.05.2021 [09:45] - Xəbərlər, İdman
Naxçıvan şəhərində yerləşən Gənclik Mərkəzində mayın 3-də şahmat üzrə Azərbaycan çempionatının açılış mərasimi keçirilib.
Azərbaycan Şahmat Federasiyasının vitse-prezidenti, Naxçıvan Muxtar Respublikası Şahmat Federasiyasının sədri Seymur Talıbov çıxış edərək pandemiya dövründə Şahmat Federasiyasının da proqramında müəyyən dəyişiklik edildiyini deyib. Federasiya bu müddət ərzində onlayn yarış və tədbirlər keçirərək şahmatçıların sevimli idman növlərindən kənarda qalmamasını təmin edib. Naxçıvan Muxtar Respublikası regionda pandemiyanın ən az yayıldığı yerdir. Mövcud şərait imkan verir ki, bu gün Azərbaycan Çempionatı Naxçıvanda keçirilsin.
Bildirilib ki, Azərbaycanda şahmata olan dövlət qayğısı daim hiss olunur, şahmat sistemli və ardıcıl inkişaf etdirilir. Bu gün Azərbaycan şahmatçıları dünyada sayılıb-seçilən şahmatçılardandır. Növbəti Azərbaycan çempionatının keçirilməsi bir daha şahmata olan qayğının bariz nümunəsidir. Naxçıvan Muxtar Respublikasında da şahmatın inkişafı daim diqqət mərkəzindədir. Naxçıvan şəhərində müasir Şahmat Mərkəzi, muxtar respublikanın rayonlarında isə uşaq-gənclər şahmat məktəbləri tikilib istifadəyə verilib, ümumtəhsil məktəblərində şahmat fənni tədris olunur. Muxtar respublikada daxili turnirlərlə yanaşı, hər il Beynəlxalq Şahmat Festivalı keçirilir. Naxçıvan 16 yaşadək şahmatçılar arasında Ümumdünya Şahmat Olimpiadasının keçirilməsinə də ev sahibliyi edəcək. Şahmata dövlət qayğısının nəticəsidir ki, hazırda muxtar respublika şahmatçılarından 1-i qrossmeyster, 2-si beynəlxalq usta, 3-ü FİDE ustası və 1-i beynəlxalq hakimdir.
Seymur Talıbov hər bir şahmatçıya uğurlar arzulayıb.
Naxçıvan Muxtar Respublikası gənclər və idman naziri Azad Cabbarov vurğulayıb ki, Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin idman və idmançılara göstərdiyi diqqət və qayğı sayəsində muxtar respublikada idmana olan maraq gündən-günə artmaqdadır. Bu gün gənclərin idmana cəlbi, onlara sağlam həyat tərzinin aşılanması diqqət mərkəzində saxlanılır, idman klublarının və federasiyaların heyəti ilbəil genişlənir. Hazırda muxtar respublikada 35 min 105 idmançı 2213 qrupda idmanla məşğul olur. Şahmat idman növünə göstərilən diqqətin nəticəsidir ki, artıq bu gün federasiyanın tərkibində 8 şahmat məktəbində 177 müəllim 233 qrupda fəaliyyət göstərir və bu qruplarda 3106 şahmatçı idmanın bu növü ilə məşğul olur.
Naxçıvan Muxtar Respublikası Şahmat Federasiyasının təşəbbüsü ilə ilk dəfə Bakıdan kənarda keçirilən Azərbaycan çempionatının daha maraqlı və yüksək səviyyədə olacağına inamını ifadə edən Azərbaycan Şahmat Federasiyasının vitse-prezidenti Faiq Həsənov qonaqpərvərliyə və yaradılan şəraitə görə muxtar respublika rəhbərinə minnətdarlığını bildirib. Qeyd edilib ki, növbəti çempionatın muxtar respublikada keçirilməsinin başlıca səbəbi məhz Naxçıvanda keçirilən daxili turnirin beynəlxalq turnir səviyyəsində təşkil olunması, eyni zamanda, ənənəvi Naxçıvan Beynəlxalq Şahmat festivallarının yüksək səviyyədə təşkilidir. Ümumiyyətlə, son illərdə Naxçıvanda şahmatın inkişafının yüksək səviyyədə olduğunu vurğulayan Faiq Həsənov bildirib ki, hazırda muxtar respublikada bu idman növünün inkişafı üçün hərtərəfli şərait yaradılıb.
Yarışın baş hakimi Lütfiyar Rüstəmov çempionatın yüksək səviyyədə təşkil olunması üçün yaradılan şəraitə görə minnətdarlığını bildirib, Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyi adından tədbir iştirakçılarına uğurlar arzulayıb, qaydalar haqqında məlumat verib.
Sonra şahmat çempionatının püşkü atılıb.

Bu xəbər oxucular tərəfindən 791 dəfə izlənilmişdir!
Yahoo | |||||||
Del.icio.us | Digg | StumbleUpon | FriendFeed |