Şrift:
Myanmada saxlanılan yapon jurnalistə qarşı rəsmi ittiham irəli sürülüb
04.05.2021 [10:13] - Gündəm, Hüquq
Myanma hüquq-mühafizə orqanları aprelin 19-da həbs olunmuş yapon jurnalist Yuki Kitazumiyə qarşı rəsmi ittiham irəli sürüb.

Bu barədə mayın 4-də Kyodo agentliyi məlumat yayıb. Bildirilir ki, yalan informasiya yaymaqda ittiham olunan jurnalist 3 il müddətinədək həbsdə saxlanıla bilər. Y.Kitazumi, həmçinin Myanmaya gələrkən giriş nəzarəti qanunlarını pozmaqda ittiham edilir ki, buna görə də o, 5 il müddətinə həbs oluna bilər.

Qeyd edək ki, Y.Kitazumi əvvəllər Yaponiyanın nüfuzlu “Nikkei” qəzetində çalışıb. Hazırda onun müstəqil jurnalist kimi fəaliyyət göstərdiyi bildirilir. Onun fevralda da həbs edildiyi, lakin dərhal buraxıldığı qeyd olunur.

Yaponiya hökuməti jurnalistin həbsinə görə Myanmaya etirazını bildirib. Bundan əlavə, Yaponiyanın Baş naziri Yoşihide Suqa Y.Kitazuminin azad edilməsi üçün hökumətin lazım olan bütün addımları atacağını bəyan edib.
Bu xəbər oxucular tərəfindən 3105 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed