Şrift:
"Sizə od vurub yandıraram"- SEPAH üzvü Sulduzda etirazçıları təhqir etdi
04.05.2021 [10:20] - Güney Azərbaycan xəbərləri, Güney Azərbaycan-Təbriz
“Sizə od vurub yandıraram”-deyə, haqlarını tələb etmək üçün şirkətin Sulduzdakı nümayəndəliyinin qarşısına toplaşan Hacı Ənuşə zərər çəkənləri təhdid edib. O, narazıları bu yolla oradan uzaqlaşdırmaq istəyib.

Zərərçəkənlər bildirirlər ki, Sulduzun SEPAH-ı 12 ildir onları aldadır və aztəminatlı ailələrə ev tikilməsi üçün nəzərdə tutulan şəhərətrafı torpaqları saxta sənədlərlə başqalarına satır.

Etirazçılar uzun illərdir hüquqlarının pozulması ilə bağlı müraciətlərinin cavabsız qaldığını bildirib.

Kooperativin qarşısına toplaşan zərərçəkənləri SEPAH-ın Hacı Ənuşə adı ilə tanınan nümayəndəsi qarşılayıb və təhqir edib.

“Heç bir torpaq payı olmayacaq, buradan itilin, dağılışmasanız öldürüb meyidinizi yandıracağam”-deyə, Hacı Ənuşə bildirib.
Bu xəbər oxucular tərəfindən 1161 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed