Şrift:
Qazaxıstan 54 ölkə üçün vizasız rejimin dayandırılmasını bu ilin sonuna qədər uzadıb
05.05.2021 [10:46] - Gündəm, Sosial
Qazaxıstan hökuməti 54 dövlətin vətəndaşları üçün vizasız rejimin fəaliyyətinin dayandırılması müddətini 2022-ci ilin yanvar ayına qədər uzadıb.

Bu barədə Qazaxıstan Xarici İşlər Nazirliyi məlumat yayıb.

Ölkədə koronavirus infeksiyasının yayılmasına qarşı aparılan mübarizə çərçivəsində Qazaxıstan hökuməti dünyanın 54 dövlətinin, Türkiyə, BƏƏ və Cənubi Koreya istisna olunmaqla vətəndaşları üçün birtərəfli vizasız rejimin dayandırılması müddətinin cari il dekabrın 31-nə qədər uzadılmasına dair qərar qəbul edib.

“Bu üç ölkənin vətəndaşları ikitərəfli sazişlər əsasında Qazaxıstana gələ bilərlər”, - deyə XİN-in məlumatında bildirilir.

Xatırladaq ki, 57 dövlətin vətəndaşı üçün ölkəyə vizasız daxil olmaq imkanı bu il mayın 1-dək dayandırılmışdı.
Bu xəbər oxucular tərəfindən 544 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed