05.05.2021 [10:47] - Gündəm, Borçalı
Gürcüstanda bu günədək cəmi 45 min nəfər koronavirusa qarşı peyvənd olunub. Onların da yalnız 6 mini vaksinin ikinci dozasını vurdurub.
Bu barədə Gürcüstanın Xəstəliklərə Nəzarət Milli Mərkəzinin rəhbəri Amiran Qamkrelidze televiziyadakı çıxışı zamanı məlumat verib.
Onun sözlərinə görə, pandemiyaya qarşı mübarizədə peyvəndləmə əsas yer tutur. Lakin bu sürətlə hökumət ilin sonunadək əhalinin heç 60 faizini peyvənd edə bilməyəcək.
Mərkəz rəhbəri deyib ki, hökumət may ayında gün ərzində 3000-4000 nəfərin peyvənd olunmasını proqnozlaşdırır. İyul ayında isə gün ərzində 12 min nəfər peyvənd olunmalıdır. Məhz bu sürətlə dekabr ayında istənilən nəticəni əldə etmək olar.
“Əgər ölkə əhalisinin 60-70 faizi peyvənd olunsa, biz pandemiyaya qalib gələ biləcəyik və açıq havada tibbi maskalardan istifadəyə ehtiyac qalmayacaq”, – deyə Qamkrelidze vurğulayıb.
Qeyd edək ki, Gürcüstanda peyvəndləmə prosesinə martın 15-dən başlanılıb.

Bu xəbər oxucular tərəfindən 25403 dəfə izlənilmişdir!
Yahoo | |||||||
Del.icio.us | Digg | StumbleUpon | FriendFeed |