05.05.2021 [10:49] - Xəbərlər, Hərb
Bərdə rayonunda şəhid ailələri ilə görüşlər keçirilib.
Xüsusi karantin rejiminin tələblərinə əməl edilməklə təşkil olunan görüşlərdə Milli Məclisin deputatı Fatma Yıldırım iştirak edib. Əvvəlcə Bərdə rayon Şəhidlər xiyabanı ziyarət edilib, Vətən müharibəsi şəhidləri haqqında məlumatın yer aldığı lövhəyə baxış keçirilib.
Milli Məclisin deputatı Fatma Yıldırım Bərdə şəhərində şəhid Ərəstun Xıdırovun, Baxış Rəhimlinin, Otuzikilər kəndində Elşən Mehbalıyevin ailələrinə baş çəkib. Şəhidlərin ailə üzvləri qəhrəman oğullarımızın müharibə zamanı göstərdikləri igidlikdən bəhs edib, onlarla bağlı xatirələrini bölüşüblər.
Fatma Yıldırım cəmiyyətimizin üzərinə düşən əsas vəzifələrdən birinin daim şəhid ailələrinin yanında olmaq, onlara diqqət və qayğı göstərmək olduğunu bildirib. Qeyd olunub ki, xalqımıza qələbə sevinci bəxş etmiş bu oğullarımız aramızda olmasa da, onların əziz xatirəsi daim qəlbimizdə yaşayacaq.
Keçirilən görüşlərdə şəhid ailələrinin, veteran və qazilərin istəkləri qeydə alınıb və həll olunması üçün müvafiq qurumlara yönləndiriləcəyi bildirilib.

Bu xəbər oxucular tərəfindən 1926 dəfə izlənilmişdir!
Yahoo | |||||||
Del.icio.us | Digg | StumbleUpon | FriendFeed |