Şrift:
Nepalda COVID-19 xəstələri üçün oksigen çatışmazlığı yaranıb
06.05.2021 [10:34] - Gündəm, Sağlıq
Pandemiyanın 2-ci dalğasının müşahidə olunduğu Nepalda COVID-19 virusuna yoluxanların, paralel olaraq ağır xəstələrin sayının çoxalması süni tənəffüs cihazları üçün oksigen ehtiyatının azalmasına səbəb olub.

Yerli KİV-lərə istinadla xəbər verir ki, paytaxt Katmandudakı 2 əsas COVID-19 xəstəxanasında bir neçə günlük oksigen ehtiyatı qalıb. Müvafiq qurumlara problemi aradan qaldırmaq üçün təcili tədbirlər görmək tapşırılıb.

Qeyd edək ki, son günlər Nepalda COVID-19 infeksiyasına gündəlik yoluxmalar sürətlə artır. Ötən sutka COVID-19 infeksiyasına 8 min 605 yoluxma, virus səbəbindən 58 ölüm qeydə alınıb. Bu rəqəmlər pandemiya dövründə Nepalda sutkalıq ən yüksək göstəricilərdir. Son 4 sutkada ölkədə gündəlik yoluxma antirekordları yenilənib.

Bir aydan çoxdur ki, Nepalda gündəlik yoluxma sayı sürətlə artır. Virusun yayılmasını nəzarət altına almaq üçün paytaxt Katmandu və ətrafında 2 həftəlik qapanma rejimi tətbiq olunur. Bundan başqa, bütün daxili uçuşlar, habelə COVID-19 böhranı müşahidə olunan qonşu Hindistanla birbaşa beynəlxalq uçuşlar dayandırılıb. Tibb işçisi çatışmazlığını həll etmək üçün tibb təhsil müəssisələrinin rəhbərliyinə tələbələrin təcili pandemiya ilə mübarizəyə cəlb olunması barədə göstəriş verilib.
Bu xəbər oxucular tərəfindən 1828 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed