06.05.2021 [10:42] - Xəbərlər, İdman
Yaponiyanın Dövlət Torpaqları, İnfrastruktur, Nəqliyyat və Turizm Nazirliyi terror aktlarının qarşısını almaq məqsədilə Olimpiya və Paralimpiya Oyunları zamanı Tokioda uçuşa qadağa zonası yaradacaq.
Qadağa iyulun 21-dən sentyabrın 5-dək davam edəcək.
Qadağa zonasına Oyunlar çərçivəsində mərasimlərin və yarışların keçiriləcəyi idman obyektləri üzərindəki hava məkanı daxil ediləcək. Həmin məkanlarda qadağalar tədbirlərdən iki saat əvvəl tətbiq olunacaq və bir saat sonra aradan qaldırılacaq. Bununla yanaşı, zonanın Yaponiya aeroportlarında uçuş və eniş cədvəllərinə təsir göstərməyəcək, aviaşirkətlərin müntəzəm reyslərinə aid edilməyəcək.
Xatırladaq ki, Tokio Yay Olimpiya və Paralimpiya Oyunları 2020-ci il iyulun 24-dən avqustun 9-dək keçirilməli idi. Lakin koronovirus pandemiyasına görə yarışlar bir il müddətinə təxirə salınıb. Olimpiya Oyunlarının cari il iyulun 23-dən avqustun 8-dək, Paralimpiya Oyunlarının isə avqustun 24-dən sentyabrın 5-dək keçirilməsi planlaşdırılır.

Bu xəbər oxucular tərəfindən 837 dəfə izlənilmişdir!
Yahoo | |||||||
Del.icio.us | Digg | StumbleUpon | FriendFeed |