Şrift:
Xalxalda məktəb binaları çatışmır: Hökumət problemin həllinə biganədir
06.05.2021 [10:51] - Güney Azərbaycan xəbərləri, Güney Azərbaycan-Təbriz
Mahalın Təhsil İdarəsinin başçısı Rza Məhəmmədi bölgədə çatışmayan məktəblərin tikintisində yerli xeyriyyəçilərin iştirak etdiyini deyib.

Rza Məhəmmədi dünən mayın 5-də verdiyi açıqlamada bildirib ki, bu il Yellicə, Güllücə və Xums kəndlərində yerli xeyriyyəçinin dəstəyi ilə üç məktəbin tikintisinə başlanılıb.

O, deyib ki, Xalxalda, xüsusilə ucqar və aztəminatlı bölgələrdə məktəb çatışmazlığının aradan qaldırılmasında Xeyriyyəçilər Birliyi əsas rol oynayır.

Təhsil İdarəsi rəhbərinin sözlərinə görə, vəsait ayrılmadığı üçün mahalda bir neçə məktəbin, o cümlədən “Bahünər” texnikumunun tikintisi 10 ildir yarımçıq qalıb.

Qeyd edək ki, Xalxalda 11 mindən çox məktəbli 131 məktəbdə təhsil alır. Bu məktəb binalarının çoxu köhnə, yarım uçulu və istifadəyə yararsız vəziyyətdədir.

Rəsmi statistikaya görə, ölkə üzrə yararsız məktəblərin ortalama 30 faizi yararsız durumdadır. Xalxalda isə mövcud olan məktəb binalarının 70 faizdən çoxu köhnədir və istifadə müddəti bitib.


Hal-hazırda mahaldakı məktəb binalarının 17-i yeni, 20-i iyirmi öncə tikilən, 90-dan çox məktəbin ömrü isə 40-76 il arasındadır.

Yeni məktəblərin tikintisi, köhnə məktəblərin yenidən qurulması və təmiri üçün mərkəzi hökumət vəsait ayırmır.

Buna görə də, son illərdə Azərbaycan əyalətlərində təhsil ocaqlarının əsas problemləri bölgədə xeyriyyəçilik ənənəsini yaşadan azərbaycanlılar tərəfindən həll edilir.

Yerli məsullar dəfələrlə açıqlama verərək təhsil sahəsində dövlət tərəfindən hər hansı vəsaitinin ayrılmayacağını bildiriblər.
Bu xəbər oxucular tərəfindən 1296 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed