07.05.2021 [10:59] - Gündəm, Sosial
Hindistanda ötən sutka ərzində COVID-19 infeksiyasına 414 min 188 yoluxma aşkarlanıb. Bu, dünya üzrə COVID-19 virusuna gündəlik ən çox yoluxma sayıdır. Artıq 3-cü sutkadır ki, Hindistanda yoluxma sayı 400 mindən çox olur.
Hindistanın Federal Səhiyyə Nazirliyinə istinadla xəbər verir ki, ötən sutka ölkədə COVID-19 infeksiyası səbəbindən 3 min 915 ölüm qeydə alınıb.
Pandemiyanın 2-ci və daha ağır dalğasının müşahidə olunduğu Hindistanda indiyədək COVID-19 infeksiyasına 21,49 milyon yoluxma, bu xəstəlikdən 234 min 83 ölüm qeydə alınıb. Aktiv xəstələrin sayı 3,6 milyondan çoxdur. Ekspertlər Hindistanda faktiki yoluxma sayının rəsmi rəqəmlərdən daha yüksək olduğunu bildirirlər.
Ölkədə virusa yoluxma hallarının sürətlə çoxalması səbəbindən bəzi ştatlar qapanma rejimini uzadıb, məhdudiyyətləri çoxaldıb. Bir çox istiqamətlərdə qatarların hərəkəti dayandırılıb. Bundan başqa, Hindistan ilə gediş-gəlişi dayandıran ölkələrin sayı artır.
Xəstəxanalarda çarpayı və tibbi ləvazimat çatışmazlığı davam edir.
Mütəxəssislər Hindistanda yoluxma sayının sürətlə çoxalmasının COVID-19 virusunun daha təhlükəli variantının (B.1.617) yayılması, habelə son aylar ştat seçkiləri daxil olmaqla kütləvi siyasi və dini tədbirlərin keçirilməsi ilə bağlı olduğunu bildirirlər. COVID-19 virusunun Hindistan variantı virusun orijinal variantından daha təhlükəlidir. Belə ki, bu variantın yoluxuculuq dərəcəsi daha yüksəkdir və daha ölümcüldür. Bundan başqa, vaksinlərin qoruyuculuq qabiliyyətinə üstün gələ bilir.
Qeyd edək ki, Hindistan yoluxanların ümumi sayına görə ABŞ-dan sonra ikinci, ölüm sayına görə isə Birləşmiş Ştatlar və Braziliyanın ardından 3-cü sıradadır.

Bu xəbər oxucular tərəfindən 621 dəfə izlənilmişdir!
Yahoo | |||||||
Del.icio.us | Digg | StumbleUpon | FriendFeed |