07.05.2021 [11:04] - Xəbərlər, Mədəniyyət
Azərbaycan Dillər Universitetində (ADU) “Ümummilli lider Heydər Əliyev: Azərbaycan mənim həyatımdır!” mövzusunda dəyirmi masa keçirilib. Tədbir ulu öndər Heydər Əliyevin anadan olmasının 98-ci ildönümünə həsr edilib.
Bu barədə ADU-dan bildirilib. Dəyirmi masanın moderatoru, Qafqazşünaslıq və Azərbaycan tarixi kafedrasının müdiri, dosent Qorxmaz Mustafayev qeyd edib ki, bütün siyasi həyatı Azərbaycanla bağlı olan Ulu Öndər özünün diplomatik addımları ilə istər sovet dönəmində, istərsə də müstəqillik illərində Azərbaycanı dünyada tanıdıb, onun siyasi kursunun davamçısı Prezident İlham Əliyev yeni-yeni uğurlara imza atıb.
Qafqazşünaslıq və Azərbaycan tarixi kafedrasının professoru Mehriban Abbasova “Heydər Əliyev diplomatiyası: Azərbaycan və Gürcüstan arasında dostluq münasibətlərinin yaranması” mövzusunda çıxış edib. O, Ulu Öndərin uğurlu diplomatik fəaliyyətindən, Gürcüstanla müxtəlif sahələrdə bağlanmış uğurlu müqavilələrdə Heydər Əliyevin rolunu faktlarla tədbir iştirakçılarının diqqətinə çatdırıb.
Həmin kafedranın dosenti Namiq Kərimov “Azərbaycanlıların II Dünya müharibəsində göstərdikləri rəşadətə ulu öndər Heydər Əliyevin verdiyi tarixi qiymət” mövzusunda çıxışında SSRİ-nin Almaniya üzərindəki qələbəsində xalqımızın, xüsusilə cəbhədə döyüşən gənclərimizin, arxa cəbhədə neftçilərimizin və alimlərimizin rolunu diqqətə çatdırıb.
Qafqazşünaslıq və Azərbaycan tarixi kafedrasının dosenti Şəlalə Bağırova “44 günlük Vətən müharibəsi Heydər Əliyev siyasətinin məntiqi nəticəsidir” mövzusunda çıxışında Prezident İlham Əliyevin rəhbərliyi ilə ordumuzun Qələbəsinin bünövrəsinin Heydər Əliyev tərəfindən qoyulduğunu bildirib. O, azərbaycançılıq ideologiyasının təntənəsindən danışıb, ordumuzun formalaşmasında və Vətən müharibəsində Qələbəsində həyata keçirilən tədbirləri faktlar əsasında diqqətə çatdırıb.
Beynəlxalq münasibətlər və regionşünaslıq fakültəsinin dekanı İbrahim Kazımbəyli Heydər Əliyev irsinin bütün sahələri əhatə etdiyini və onun öyrənilməsinin əhəmiyyətindən danışıb. Torpaqlarımızın azad olunmasında Prezident İlham Əliyevin uğurlu fəaliyyətini vurğulayıb, çıxışçılara və tədbir iştirakçılarına təşəkkürünü bildirib.
Tədbirdə ümummilli lider Heydər Əliyevin “Azərbaycan mənim həyatımdır” fikirlərini əks etdirən videoçarx nümayiş olunub.

Bu xəbər oxucular tərəfindən 787 dəfə izlənilmişdir!
Yahoo | |||||||
Del.icio.us | Digg | StumbleUpon | FriendFeed |