Şrift:
Lənkəranda Ulu Öndərin xatirəsi ehtiramla anılıb
10.05.2021 [13:06] - Xəbərlər, İqtisadiyyat
Dünya şöhrətli dövlət xadimi, Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin anadan olmasının 98-ci ildönümü ölkəmizin hər yerində olduğu kimi, Lənkəranda da geniş qeyd olunur.

Bu münasibətlə Lənkəran Rayon Heydər Əliyev Mərkəzində, rayonun təhsil, səhiyyə və mədəniyyət müəssisələrində, əmək kollektivlərində, gənclər təşkilatlarında xüsusi karantin rejiminin qaydaları gözlənilməklə silsilə tədbirlər, onlayn konfrans və görüşlər, ağacəkmə aksiyaları keçirilir.

Ağacəkmə aksiyası zamanı təkcə Lənkəran şəhərinin Heydər Əliyev prospektində 1000-dən çox küknar, şam və digər həmişəyaşıl ağaclar əkilib, onlara aqrotexniki qulluq göstərilib

Mayın 10-da ümummilli lider Heydər Əliyevin doğum günü ilə əlaqədar Lənkəran şəhərində Ulu Öndərin adını daşıyan xatirə parkındakı əzəmətli abidəsi ziyarət olunub.

Rayon rəhbərliyi, hüquq-mühafizə orqanlarının, ictimai-siyasi təşkilatların təmsilçiləri, “Regional İnkişaf” İctimai Birliyinin könüllüləri və ictimaiyyət nümayəndələri pandemiyanın tələblərinə uyğun olaraq, Ulu Öndərin abidəsi önünə gül dəstələri düzüb, böyük rəhbərin xatirəsini ehtiramla yad ediblər.

Mərasim iştirakçıları, həmçinin Heydər Əliyev Mərkəzində Ümummilli Liderin zəngin və mənalı ömür yolunu əks etdirən eksponatlar və fotoşəkillər ilə tanış olublar.

Sonra Yeni Azərbaycan Partiyası Lənkəran şəhər təşkilatı tərəfindən Ulu Öndərin anadan olmasının 98 ildönümünə həsr edilmiş onlayn konfrans keçirilib.

Yaşlı nəslin, müharibə və əmək veteranlarının, gənclərin iştirak etdikləri onlayn tədbirdə ümummilli lider Heydər Əliyevin Azərbaycan xalqı qarşısında xidmətlərinin nəsillərə örnək olduğu, bugünkü uğurların, qazanılan möhtəşəm qələbələrin məhz böyük rəhbərin əsasını qoyduğu və Prezident İlham Əliyevin uğurla davam etdirdiyi siyasi kursun bəhrələri olduğu diqqətə çatdırılıb.
Bu xəbər oxucular tərəfindən 884 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed