Şrift:
Roşel Valenski: Peyvənd olunanlar maska taxmaya bilər
14.05.2021 [10:36] - Gündəm, Sosial
ABŞ-da COVID-19 infeksiyasına qarşı peyvənd olunan şəxslərin daha tibbi maska taxmasına və sosial məsafə gözləməsinə ehtiyac yoxdur.

Bunu ABŞ-ın Xəstəliklərə Nəzarət və Profilaktika Mərkəzinin direktoru Roşel Valenski virtual brifinqdə çıxış edərkən deyib.

R.Valenski qeyd edib ki, tam peyvənd olunmuş şəxslər maska taxmadan və sosial məsafə saxlamadan qapalı yerlərdə və açıq havada keçirilən tədbirlərdə sərbəst iştirak edə bilərlər. O deyib ki, Xəstəliklərə Nəzarət və Profilaktika Mərkəzinin yenilənmiş qaydaları İsraildə və ABŞ-da keçirilmiş elmi tədqiqatların nəticələrinə əsaslanır. “Amerika Tibbi Assosiasiyasının Jurnalı”nda dərc edilmiş İsrail alimlərinin apardığı tədqiqatın nəticələrinə görə, peyvənd COVID-19 qarşı 97 faiz effektlilik göstərib. Bundan əlavə, 5 mindən çox səhiyyə işçisindəki asimptomatik infeksiyaya qarşı 86 faiz təsirli olduğunu göstərib.

Yeni qaydalarla yanaşı, mərkəzin direktoru qeyd edib ki, peyvənd olanların təyyarələrdə, qatarlarda, avtobuslarda tibbi maska taxmaqları vacibdir. Xəstəxanalar, qocalar evləri və həbsxanalar kimi bir sıra qurumlara da daxil olarkən tibbi maska lazımdır.
Bu xəbər oxucular tərəfindən 517 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed