16.05.2021 [11:10] - Gündəm, Sağlıq
Türkiyədə yeni növ koronavirus (COVID-19) infeksiyasına qarşı mübarizə tədbirləri çərçivəsində tətbiq olunan kütləvi peyvəndləmə müəyyən edilmiş qrafik üzrə davam edir.
Mayın 16-na qədər ölkə üzrə 4 milyon 925 min nəfərə bir doza, 10 milyon 808 min 803 nəfərə isə iki doza vaksin tətbiq olunub. Vurulan peyvəndin ümumi sayı 25 milyon 733 min 803 dozadır.
Qeyd edək ki, hazırda Türkiyədə tətbiq olunan peyvəndin əsas hissəsini Çin “Sinovac” şirkətinin “CoronaVac” vaksini təşkil edir.
COVID-19 infeksiyasına qarşı mübarizə tədbirləri çərçivəsində aprelin 29-da yerli vaxtla saat 19:00-da qüvvəyə minən növbəti “Evdə qal!” rejimi tam qapanma şəraitində mayın 17-də saat 05:00-da başa çatacaq. Mayın 17-də məhdudiyyətlərin nizamlı şəkildə qaldırılması ilə bağlı hökumət qərarının qəbul olunacağı gözlənilir.

Bu xəbər oxucular tərəfindən 1641 dəfə izlənilmişdir!
Yahoo | |||||||
Del.icio.us | Digg | StumbleUpon | FriendFeed |