04.12.2012 [09:52] - Güney Azərbaycan xəbərləri
İranda nəşr olunan 23 qeyri-hökumət qəzetinin rəhbəri ölkə Prezidenti Mahmud Əhmədinejada açıq məktub yazaraq ölkədəki mətbuatın iqtisadi durumunun böhran həddinə çatdığını və prezidentdən bu barədə ölçü götürməsini istəyiblər. Bu barədə MEHR agentliyi xəbər yayıb.
Məlumata əsasən, "Arman", "Aftabe Yazd", "Afərineş", "Ebtikar", "Etimad", "Jahane-Eqtisad", "Jahane-Sanat", "Donyaye-Eqtisad", "Kar ve Karger" (iş və fəhlə), "Mardomsalari" (demokratiya) , "Həmbəstegi" və digər qəzetlərin rəhbərləri Prezidentə məktubalarında qeyd olunan qəzetlərin vəziyyətinin bu cür davam etməsinin həmin mətbu orqanlarının bağlanması ilə nəticələnəcəyi və minlərlə jurnalistin və mətbuat işçisinin işsiz olacağını vurğulayıblar.
Qəzet rəhbərləri Prezidentə ünvanladıqları məktubda ölkədə inflyasiyanın həddən artıq çoxalmasını, çap xərclərinin, kağızın qiymətlərinin artmasını və eləcə də dövlət tərəfindən mətbuata ayrılan supsidiyaların azalmasını qəzetlərin iqtisadi durumunun pisləşməsinə təsir edən amillər kimi göstəriblər.
İranın Mədəniyyət Nazirliyinin Mətbuat və yerli xəbər agentlikləri idarəsinin məlumatına görə, hazırda ölkədə 5086 mətbu orqan qeydiyyatdan keçsə də, onlardan 3267 (gündəlik, həftəlik, aylıq ) qəzet və jurnal çap olunur.

Bu xəbər oxucular tərəfindən 941 dəfə izlənilmişdir!
Yahoo | |||||||
Del.icio.us | Digg | StumbleUpon | FriendFeed |