16.05.2021 [11:16] - Gündəm, İdman
Moskvada usta cüdoçular arasında beynəlxalq turnirə yekun vurulub
15-ci dəfədir təşkil olunan yarışda Azərbaycanın veteran cüdoçuları ilə yanaşı, Rusiya, Yunanıstan, İspaniya, Gürcüstan, Ermənistan, Belarus, Monqolustan, Qırğızıstan, Tacikistan, Özbəkistan idmançıları da mübarizə aparıblar. Səkkizdəbir finalda Ermənistan komandasını 5:0 hesabı ilə məğlub edən usta cüdoçularımız dörddəbir finalda Qırğızıstana 5:0, yarımfinalda isə Tacikistan millisinə 3:2 hesabı ilə qalib gələrək finala yüksəliblər. Finalda meydan sahiblərinə 2:3 hesabı ilə uduzan millimiz beynəlxalq turnirin gümüş medalına sahib olub.
Turnirin bürünc medallarını Belarus və “RROS Qvardiya” komandaları aktivlərinə yazdırıblar.

Bu xəbər oxucular tərəfindən 637 dəfə izlənilmişdir!
Yahoo | |||||||
Del.icio.us | Digg | StumbleUpon | FriendFeed |