Şrift:
Paytaxtın Nərimanov rayonunda fəaliyyət göstərən ictimai iaşə müəssisəsində qanunsuzluq halları aşkarlanıb
16.05.2021 [11:21] - Gündəm, Sosial
Qida Təhlükəsizliyi Agentliyi ölkə ərazisində qanunvericiliyin tələbləri çərçivəsində qida təhlükəsizliyinin təmin edilməsi və istehlakçı hüquqlarının müdafiəsi sahəsində tədbirləri davam etdirir.

Agentliyin İnformasiya təminatı və innovativ həllər şöbəsindən verilən məlumata görə, Bakının Nərimanov rayonu, Azadlıq prospekti, ev 137 ünvanında fəaliyyət göstərən fiziki şəxs Rəhmanov Əyyub Vahid oğluna məxsus “Yanar dönər” ictimai iaşə müəssisəsində yoxlama aparılıb.

Yoxlama zamanı müəssisədə texniki normativ hüquqi aktların tələblərinə, temperatur rejiminə və saxlanma şəraitinə əməl olunmadığı, dezinseksiya və deratizasiya işlərinin aparılmadığı aşkar olunub. Eyni zamanda, işçilərin tibbi müayinədən keçirilməsi ilə əlaqədar arayışların mövcud olmadığı müəyyən edilib.

Aşkar edilmiş nöqsanlarla bağlı qanunvericiliyin tələblərinə uyğun olaraq müəssisənin fəaliyyəti məhdudlaşdırılıb. Araşdırmalar davam etdirilir.
Bu xəbər oxucular tərəfindən 487 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed