Şrift:
İranda daha 4 nəfər edam olunub
04.12.2012 [09:57] - Güney Azərbaycan xəbərləri
İranın Kirmanşah şəhərində 4 nəfər edam olunub. Bu barədə İran televiziyasının rəsmi xəbər saytı Iribnews məlumat yayır.

Məlumata əsasən, həmin şəxslərdən biri zorlamada, digər 3 nəfər isə narkotik maddələrin qanunsuz dövriyyəsi və satışında ittiham olunaraq edam cəzasına məhkum ediliblər.

Qeyd edək ki, cari ilin oktyabr-noyabr aylarında Tehranda narkotik maddələrin qanunsuz dövriyyəsi və satışı ittihamı ilə 20 nəfər edam olunub. Beynəlxalq KİV-in məlumatına görə, ötən bir il ərzində (2011-ci ilin oktyabrından 2012-ci ilin oktyabr ayınadək) İranda 488 nəfərdən çox şəxs edam olunub.
Bu xəbər oxucular tərəfindən 946 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed