04.12.2012 [10:04] - Güney Azərbaycan xəbərləri
Təbriz zindanından mülki vəsiqə qarşılığında müvəqqəti azadlığa buraxılan azərbaycanlı fəal məhkumluq dövrünü keçirmək üçün zindana müraciət edib.
Məhəmməd Əhədi dekabrın 2-də özünü Təbrizin mərkəzi zindanına təqdim edib.
Azərbaycanlı fəal bu ilin may ayında Təbriz İnqilab Məhkəməsi tərəfindən 6 ay həbs və 6 ay asılı həbsə məhkum edilib.
O, sistemin əleyhinə təbliğ və ölkə təhlükəsizliyini pozmağa cəhd göstərməkdə ittiham edilib.
Əhədi Miayana şəhərində öz ata evində ETTELAAT (İran Kəşfiyyat Nazirliyi) məmurları tərəfindən tutuqlanıb və 50 gün ETTELAATın təcridxanasında saxlanıldıqdan sonra Təbrizin mərkəzi zindanına intiqal edilmişdir. O, toplam olaraq 4 ay 6 gün həbsdə qaldıqdan sonra 20 milyon tümənlik mülki vəsiqə qarşılığında müvəqqəti azadlığa buraxılmışdır.

Bu xəbər oxucular tərəfindən 935 dəfə izlənilmişdir!
Yahoo | |||||||
Del.icio.us | Digg | StumbleUpon | FriendFeed |