04.12.2012 [10:21] - Gündəm, Mədəniyyət
Birləşmiş Ərəb Əmiliklərindəki (BƏƏ) “Azərbaycan” Cəmiyyətinin sədri Samir İmanov ərəb dünyasında çox populyar olan aylıq “Dubay Mədəniyyət jurnalı”nın baş redaktoru, tanınmış dramaturq və publisist Nəvaf Yunis və redaksiya heyətinin üzvü, jurnalist Məhəmməd Qabrislə görüşüb.
Görüşdə Samir İmanov Azərbaycanın mədəni irsi, musiqisi, turizm imkanları, qədim tarixi haqqında ətraflı məlumat vermiş və hazırda ölkəmizin mədəniyyətini dünyada layiqincə təbliğ edən Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın böyük əməyini qeyd edib. Bu mövzularda qarşı tərəfə kitablar, jurnallar, Azərbaycan xalçaları və qədim zinət əşyalarından ibarət kataloqlar, suvenir xalça və küveytli yazıçı Adil Əl-Fəllahın ərəb dilində hazırladığı “Heydər Əliyev və milli mənəvi dəyərlər” kitabını hədiyyə edib.
Tərəflər razılığa gəlmişlər ki, Samir İmanov bu mövzuda geniş material hazırlayacaq və məqalə “Dubay Mədəniyyət jurnalı”nın BƏƏ-nin yaradılmasının 41-ci ildönümü münasibətilə buraxılacaq xüsusi nömrəsində dərc ediləcək. Artıq jurnalın 1 dekabr tarixli xüsusi buraxılışında Samir İmanovun müəllifi olduğu “Azərbaycanın tarixi incəsənətin və ədəbiyyatın zənginliyi ilə səciyyələnir” sərlövhəli məqalə dərc olunub.
Məqalədə vurğulanır ki, Azərbaycan dövlət müstəqilliyini bərpa etdikdən sonra ölkədə bütün sahələrdə inkişaf müşahidə edilir. Bunun önündə müxtəlif, rəngarəng və zəngin mirası və mədəni amilləri ilə xarakterizə edilən Azərbaycanın mədəniyyəti dayanır. Rusiya imperiyasının süqutundan sonra Birinci Dünya müharibəsi illərində Azərbaycan Cənubi Qafqaz Demokratik Federativ Respublikasının tərkibinə daxil idi, lakin 1918 ilin mayında Azərbaycan müstəqilliyini - Azərbaycan Demokratik Respublikası adi ilə elan etdi. Azərbaycan müsəlman dünyasının ilk müasir parlamentli respublikası idi. Şərqdə ilk dəfə olaraq Azərbaycanda 1918-ci ildə qadınlara səsvermə hüququ verilib. Bu uğurlarla Azərbaycan Avropa ölkələrini və ABŞ-ı belə ötmüşdür. Yeni yaranmış respublikanın digər nailiyyətlərindən biri də İslam Şərqində ilk müasir ali təhsil ocağı sayılan Bakı Dövlət Universitetinin təsis edilməsi idi.
Müəllif yazır ki, Azərbaycan ədəbiyyatı çoxsaylı dünya şöhrətli şairləri ilə tanınır və onların ən görkəmli nümayəndələrindən biri Nizami Gəncəvidir. Nizami Gəncəvinin yaradıcılığında lirik şeir, qəzəl və qəsidələrlə başlayıb. Onun “Xəmsə”si dünya poeziyasının ən mühüm əsərləri sırasındadır. Azərbaycan, ərəb və fars dillərində yazan Azərbaycanın ən görkəmli şairlərindən biri də Məhəmməd Füzulidir. Eyni zamanda Azərbaycanın görkəmli şair və yazıçıları arasında Molla Pənah Vaqifin, Xurṣudbanu Natəvanın, Mirzə Fətəli Axundzadənin, Səməd Vurğunun adlarının qeyd etmək lazımdır. Bu ədibləri qeyd edərkən XX əsrin ən görkəmli yazıçısı və ədəbiyyatşünası “Dirilən adam”, “Bir gəncin manifesti”, “Yolumuz hayanadır”, “Yaşıdlar”, “Açıq kitab”, “Təzə şəhər” və digər əsərləri ilə böyük uğurlar qazanmış Mir Cəlal Paşayevin adının qeyd edilməməsi mümkün deyildir.
Yazıda qeyd olunur ki, Azərbaycan tarixi incəsənət və ədəbiyyat ilə zəngindir. Azərbaycanda XII əsrdə yaşayıb-yaratmış görkəmli Naxçıvan memarlıq məktəbinin banisi və bir çox memarlıq əsərlərinin müəllifi Əcəmi Naxçıvanidir. Son illər Azərbaycanın paytaxtı Bakıda müxtəlif beynəlxalq musiqi müsabiqələri keçirilir. Bu tədbirlərdən biri cari ilin mayında təşkil olunub. Mütəxəssislərin fikrincə Bakıda keçirilmiş “Eurovision-2012” bu mötəbər müsabiqənin tarixində ən əzəmətlisi olub. Heyranedici təşkilati iṣlərin və böyük uğurun arxasında uzun illərdən bəri Azərbaycan mədəniyyətinin və irsinin xüsusi keşiyində duran Azərbaycanın birinci xanımı Mehriban Əliyevadır.
Mehriban xanım Əliyeva uşaqlardan tutmuş ahıllara kimi əhalinin bütün yaş təbəqələrindən olan insanlara daim diqqət və qayğısı ilə dünyada tanınır. Bütün bunları təsdiqləyən və özündə əks etdirən “Azərbaycan mədəniyyəti və mədəni şedevrləri gələcək nəsillərə misilsiz ərməğandır” adlı kitab da çap edilib. Azərbaycanın birinci xanımı çox səy göstərir ki, paytaxt Bakı beynəlxalq mədəni dialoq mərkəzinə çevrilsin. Bu məqsədə çatmaq üçün Azərbaycan rəhbərliyi də bu işlərə dəstək olur. Azərbaycan xalqının ümummilli liderinin adını daşıyan Fondun cəsarətli fəaliyyətini qlobal miqyasda götürdükdə müasir Azərbaycan tarixinin şanlı bir hissəsi hesab etmək olar. Əgər biz bu səyləri araşdırsaq təhsil, səhiyyə və mədəni irs sahələrində dünyada onlarla layihələrin uğurla həyata keçirildiyinin şahidi olarıq.
Müəllif yazır ki, Azərbaycan musiqisi haqqında danışarkən dünya şöhrətli bəstəkar, görkəmli publisist, dramaturq, ictimai xadim, pedaqoq və tərcüməçi Üzeyir Hacıbəylinin adını da qeyd etmək lazımdır.
İncəsənət sahəsində Azərbaycanda təsviri sənətin peşəkar rəssamlardan biri Bəhruz Kəngərlinin adını qeyd etmək lazımdır. Rəssam Azərbaycan təbiətinin gözəlliklərini “Şəlalə”, “Ağrı dağı”, “Yamxana kəndinə gedən yol” “İlanlı dağ ay işığında” kimi işlərində əks etdirib.
Azərbaycanın təsviri sənətinin peşəkar nümayəndələrindən biri də sənətkar Hüseyn Əliyevdir. Bu istedadlı rəssamın yaradıcılığında portret və təbiət mənzərələri daha çox üstünlük təşkil edir. Hüseyn Əliyev “Zəngəzur mənzərəsi”, “Zəngəzur dağları”, “Şəki şəlaləsi”, “Comərdli mənzərəsi”, “Meşədə qış”, “Payız”, “Qürub çağı” kimi dünya şöhrətli əsərlərin müəllifidir.
Məqalədə vurğulanır ki, bu il noyabrın 14-də Vatikanda Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın təşəbbüsü ilə “Azərbaycanın zəngin incilərinə tarixi baxış” adlı sərgi təşkil olunmuşdur. Azərbaycan ilk müsəlman ölkəsidir ki, Vatikanda mədəni dəyərlərin nümayiş olunduğu sərgi təşkil etmişdir. Sərginin əsas cəhətlərindən biri də ölkəmizin mədəniyyətlərin və sivilizasiyaların kəsişmə məkanı kimi təqdim olunması idi.
Müxtəlif silahların, zinət əşyalarının və qədim misgərlik məmulatlarının nümayiş olunduğu sərgidə UNESCO-nun mədəni irs siyahısına daxil edilmiş Azərbaycan muğam sənətinə və musiqi alətlərimizə də geniş yer ayrılmışdı. Azərbaycanın dünyaca məşhur xalçaları da sərginin ən qiymətli inciləri sırasında idi

Bu xəbər oxucular tərəfindən 1247 dəfə izlənilmişdir!
Yahoo | |||||||
Del.icio.us | Digg | StumbleUpon | FriendFeed |