Şrift:
Azərbaycanın Rusiyadakı səfirliyi qarşısında bədbəxt hadisə baş verib
18.05.2021 [10:45] - Gündəm, Hadisə
Mayın 17-də Azərbaycanın Rusiyadakı səfirliyinin inzibati binasının önündə bədbəxt hadisə baş verib.

Səfirlikdən bildiriblər ki, konsulluq xidmətinin girişinin qarşısında Rusiya Federasiyasının vətəndaşı Muradov Rüfət Əli oğlunun vəziyyəti qəflətən pisləşib və o, dünyasını dəyişib.

Bununla əlaqədar dərhal təcili tibbi yardım çağırılıb və polisə məlumat verilib. Hadisə yerinə gəlmiş Rusiya hüquq-mühafizə orqanlarının əməkdaşları vəfat etmiş şəxsin Rusiya vətəndaşı olmasını və ekspert-kriminalist tərəfindən rəyin bildirilməsinin vacibliyini əsas gətirərək Rusiyanın səlahiyyətli nümayəndələrinin gəlişinə qədər cəsədin yerdən götürülməsinə icazə verməyiblər.

Müəyyən müddətdən sonra hadisə yerinə gələn kriminalistin öz rəyini bildirməsi cəsədin təcili tibbi yardım briqadası tərəfindən morqa aparılmasını mümkün edib.

Ölüm səbəbinin öyrənilməsi məqsədilə səfirlik Rusiyanın aidiyyəti qurumlarına müraciət ünvanlayıb.
Bu xəbər oxucular tərəfindən 1314 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed