18.05.2021 [11:15] - Gündəm, Sosial
Hindistanda ötən sutka ərzində COVID-19 infeksiyasına 263 min 533 yoluxma, virus səbəbindən 4 min 329 ölüm qeydə alınıb.
Hindistanın Federal Səhiyyə Nazirliyinə istinadla xəbər verir ki, ötən sutka aşkarlanan yoluxma sayı əvvəlki sutka ilə müqayisədə azalsa da, ölüm sayı pandemiya dövründə gündəlik ən yüksək göstərici olub. Ötən sutka dünya üzrə COVID-19 səbəbindən ən çox ölüm də məhz Hindistanda qeydə alınıb.
Nazirlik ötən sutka xəstəlikdən sağalanların sayının çoxalaraq 422 minə çatdığını açıqlayıb. Ən ağır vəziyyət Karnataka və Maharaştra ştatlarındadır. Son günlər Hindistanda yoluxma sayında bir qədər azalma olsa da, böhranlı vəziyyət hələ də davam edir.
Qeyd edək ki, indiyədək Hindistanda COVID-19 infeksiyasına 25 milyon 228 min yoluxma, 278 min 719 ölüm qeydə alınıb. Hindistan yoluxanların sayına görə ABŞ-dan sonra 2-ci, ölüm sayına görə ABŞ və Braziliyadan sonra 3-cüdür.
Paralel olaraq ölkədə COVID-19 virusuna qarşı vaksinasiya aparılır. İndiyədək əhaliyə 184 milyon doza peyvənd vurulub.

Bu xəbər oxucular tərəfindən 481 dəfə izlənilmişdir!
Yahoo | |||||||
Del.icio.us | Digg | StumbleUpon | FriendFeed |