18.05.2021 [11:20] - Gündəm, Hərb
Xaçmaz şəhərində Vətən müharibəsində qazanılan tarixi Zəfərə həsr olunan, eləcə də sakinlərin asudə vaxtlarının səmərəli təşkili məqsədilə Zəfər parkı inşa edilir.
Şəhərin Heydər Əliyev prospektində inşa edilən Zəfər parkı 4 hektar ərazini əhatə edir. İstirahət mərkəzi müasir layihə əsasında tikilir. Parkda şanlı qələbəmizi özündə əks etdirən Zəfər muzeyi və internet kitabxana fəaliyyət göstərəcək. Bundan başqa ərazidə süni göl, fontan qurulacaq, müxtəlif ictimai iaşə obyektləri sakinlərin istifadəsinə veriləcək.
Parkda müxtəlif idman qurğuları, velosiped zolağı, uşaqların əyləncəsi üçün attraksionlar, eləcə də açıq havada müxtəlif tədbirlərin təşkili məqsədilə səhnə də yaradılacaq.
Hazırda Zəfər parkında son tamamlanma işləri gedir. İşıq dirəkləri basdırılır, yerə tamet döşənir, ətraf ərazilər yaşıllaşdırılır. Parkın ərazisindəki yaşıllıq zolaqları, ümumilikdə, 15 min kvadratmetri əhatə edəcək.

Bu xəbər oxucular tərəfindən 2110 dəfə izlənilmişdir!
Yahoo | |||||||
Del.icio.us | Digg | StumbleUpon | FriendFeed |