Şrift:
Azərbaycanda əhalinin 10 faizi koronavirusa qarşı peyvəndin birinci dozasını qəbul edib
19.05.2021 [12:56] - Gündəm, Sosial
Azərbaycanda tətbiq olunan üç müxtəlif peyvəndin istiqamətləri bir-birindən fərqlənir. Ağrı, temperatur, halsızlıq kimi yan təsirlərin daha az meydanaçıxma ehtimalı olan vaksin “Sinovac” şirkətinin “CoronoVac” peyvəndidir. Bir neçə gün əvvəl Ümumdünya Səhiyyə Təşkilatı “Sinovac” şirkətinin peyvəndinin etibarlı olduğunu açıqladı. Onun hospitalizasiya və ağır gedişin qarşısını 90 faizə qədər alma ehtimalı var. İkinci dozadan 14 gün sonra peyvənd olunanların 70 faizində güclü immunitet yaranı

Bunu Almaniyada çalışan azərbaycanlı həkim Ümid Səlimzadə deyib.

“AstraZeneca” şirkətinin "Vaxzevria” peyvəndi Avropa ölkələrində olduğu kimi, Azərbaycanda da 60 və daha yuxarı yaşda olan şəxslər üçün nəzərdə tutulub.

Azərbaycanda istifadəsinə mayın 18-dən başlanılan Rusiya istehsalı olan “Sputnic V” vaksini barədə fevralda “Lanset” jurnalında müsbət rəy verilmişdi. Hazırda həmin peyvəndin üçüncü fazası yoxlanılır. Araşdırmalar nəticəsində müsbət təsirləri olduğu məlum olub. Bu yaxınlarda Avropa Dərman Komissiyası onun effekti barədə geniş məlumat verəcək.

“Azərbaycanda əhalinin hər 10 nəfərindən biri, yəni 10 faizi birinci dozanı qəbul edib. Hər 10 nəfərdən 0,7-si hər iki dozanı vurdurub. Müsbət dinamika mövcuddur. Həmçinin ötən həftədən etibarən vaksin vurulmasında yaş məhdudiyyəti aradan qalxıb. Bu, yay fəslində Avropa ölkələrinə səyahət etmək istəyən gənclər üçün çox yaxşı şansdır”, - deyə Ü.Səlimzadə bildirib.
Bu xəbər oxucular tərəfindən 606 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed