Şrift:
Yaponiyada gələn həftədən koronavirusa qarşı kütləvi peyvəndləməyə başlanılacaq
19.05.2021 [12:59] - Gündəm, Sosial
Tokio və Osaka şəhərlərində Yaponiya özünümüdafiə qüvvələri tərəfindən hazırlanmış kütləvi peyvəndləmə mərkəzləri mayın 24-dən yerli sakinlərin qəbuluna başlayacaq.

Yerli KİV-lərə istinadla xəbər verir ki, paytaxtda yerləşəcək mərkəzdə artıq mayın 25-i üçün 90 faizdən çox bronlama qeydə alınıb.

Yaponiya Müdafiə Nazirliyindən bildirilib ki, məqsəd səhiyyə orqanları və yerli administrasiyalar tərəfindən qeydiyyatdan kənarda qalan və yaşı 65-dən aşağı olan insanların daha sürətlə peyvəndləməyə cəlb edilməsidir. Bu zaman, bronlama ilə əlaqədar təkrarlara yol verilməməsi üçün xüsusi talonlardan istifadə edilməsi nəzərdə tutulur.

Eyni zamanda, nazirlik vətəndaşlardan bronlama zamanı məlumatların dəqiq göstərilməsini və ikiqat bronlamaya yol verməməyi xahiş edir.
Bu xəbər oxucular tərəfindən 534 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed