20.05.2021 [09:31] - Xəbərlər, Türk dünyası-Turan
Türkiyənin hər yerində 19 May - Atatürkü Anma, Gənclik və İdman Günü milli bayramı münasibətilə yerli vaxtla saat 19:19-da İstiqlal marşı oxunub.
Vətəndaşlar evlərinin balkon və pəncərələrindən əllərində Türk bayraqları ilə İstiqlal marşını oxuyublar. Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan marşın oxunmasına Cankaya köşkündən qatılıb.
Qeyd edək ki, Türkiyə dövlətinin banisi Mustafa Kamal Atatürk 1919-cu il mayın 16-da “Bandırma” gəmisi ilə İstanbuldan yola çıxıb və üç gün sonra Samsun sahillərinə çatıb. Samsunda işğal altında olan türk torpaqlarını düşməndən azad etmək üçün milli qurtuluş savaşı elan olunub. Bu şərəfə Türkiyədə hər il 19 may Atatürkü anma, gənclik və idman bayramı kimi qeyd olunur.

Bu xəbər oxucular tərəfindən 2232 dəfə izlənilmişdir!
Yahoo | |||||||
Del.icio.us | Digg | StumbleUpon | FriendFeed |