Şrift:
Qoşaçay, Tikantəpə və Sayınqalanın millət vəkili Urmu Gölündən danışıb
04.12.2012 [11:45] - Güney Azərbaycan xəbərləri
Qoşaçay, Tikantəpə və Sayınqalanın millət vəkili bəyan edib ki, “Urmu Gölü qurumaqdadır, lakin bu günə qədər gölü nicat vermək üçün ciddi addım atılmayıb”.

Ruhullah Beygi Bu barədə “Fars” xəbər agentliyinə danışıb:
“Əgər səlahiyyətli məsullar ciddi tədbirlər almasalar, Urmu Gölü həm öləcək və həm də öldürəcək. Bölgədə əkinçilik məhv olacaq və bölgə əhalisi o cümlədən gənclər işsiz qalacaq, buda cəmiyyətin işsizlik problemini daha qəlizləşdirəcək”.
Millət vəkili sözlərini belə davam etdirib:
“Urmu Gölünü yaxında gözlənilən ölümdən nicat vermək olar. Bunun üçün yalnız bir çıxış yolu var, oda səlahiyyətli məsulların dərhal işə başlaması, təcili olaraq əməli addımların atılması və lazımi vəsaitin (büdcə) təmin edilməsidir”.
Bu xəbər oxucular tərəfindən 1039 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed