21.05.2021 [10:44] - Gündəm, Sosial
COVID-19-un üçüncü dalğası Braziliyanı təhdid edir
Səhiyyə orqanları Bazar ertəsi 786 ölüm hadisəsi barədə məlumat yayıb. Bu da mart ayından etibarən ən aşağı gündəlik göstəricidir. Lakin San-Pauluda intensiv terapiya şöbələrində sıxlığın artması və sosial təcridolunmanın azalması barədə son yeni məlumatlar, COVID-19-un üçüncü dalğasının artıq yaxınlaşmasına işarə edir.
Sağlamlıq göstəriciləri və sağlamlığın qiymətləndirilməsi institutunun və Vaşinqton Universitetinin bu sahədəki proqnozları hələ ki, ürəkaçan deyil. Verilən proqnozlara görə, immunizasiya tempi sürətləndirilməsə avqustun sonunadək COVID-19-dan ölənlərin sayı 750 minə çata bilər. Sentyabr ayının sonunadək ölkədə 940 min nəfərin ölə biləcəyi ehtimal olunur. Braziliyanın Səhiyyə Nazirliyi təxminən 16 milyon nəfərin koronavirusa yoluxma faktını və 439 min 50 ölüm hadisəsini təsdiqləyib.
San-Paulunun dövlət xəstəxanalarındakı intensiv terapiya çarpayılarının 80 faizi tutulub.
Bu günə qədər təxminən 17,5 milyon braziliyalı COVID-19-a qarşı iki dəfə peyvənd olunub ki, bu da əhalinin 8,3 faizinə bərabərdir. Ölkə epidemioloqlarının fikrincə əhalinin böyük əksəriyyətini peyvənd etməyin mümkün olmadığı təqdirdə COVID-19-un genişmiqyaslı üçüncü dalğası demək olar ki, qaçılmaz olacaq.

Bu xəbər oxucular tərəfindən 542 dəfə izlənilmişdir!
Yahoo | |||||||
Del.icio.us | Digg | StumbleUpon | FriendFeed |