21.05.2021 [12:48] - Xəbərlər, Siyasət, Özəl xəbər, Fərəc Quliyev
Bu sualların aradan qaldırılması üçün Rusiya tərəfi bizə maneə olmamalıdır
Regiondakı vəziyyət erməni silahlıları və onlara “dayılıq” edən sülhməramlıların özbaşına hərəkətləri əsnasında gərgin olaraq qalır. Ermənistan sülhə gəlmir, əksinə müharibə ritorikası ilə seçkilərə hazırlaşır. O zaman Azərbaycan özünün təhlükəsizliyinin təminatı baxımından hansı addımlar atmalıdır?
Bu və ya digər məsələlərlə bağlı “Həftə içi”nə müsahibə verən Milli Dirçəliş Partiyasının sədri Fərəc Quliyev maraqlı fikirlər söyləyib.
- Fərəc bəy, ermənipərəst qüvvələrin Azərbaycanın qələbəsini kölgələməyə çalışması kontekstində işğaldan azad olunmuş ərazilərimizdə yaranmış mövcud vəziyyəti necə təhlil edərdiniz?
- 44 günlük müharibədə 30 ildə yaranmış vəziyyəti dəyişməyimiz möhtəşəm qələbəmizin nəticəsi idi və heç kim buna gölgə sala bilməz. Əlbəttə, post-müharibə dövrünün çətinlikləri var və cavabını gözləyən xeyli suallar qalıb. Çalışırıq ki, o sualların cavabları tapılsın. Ölkənin müvafiq strukturları nailiyyətlərimizin davam etdirilməsi istiqamətdə işlər aparırlar. Düşmənin revanşist fürsətlər axtarması da göz önündədir. İndi sadə bir reseptdən istifadə eləməliyik. Bu da ondan ibarətdir ki, erməniləri noyabrın 10-da bağlanan sazişə əməl etməyə məcbur edək. Hakim rolunu oynayan Rusiya bu məsələdə iradə göstərməlidir. Rusiya hərbçilərinin sülhməramlı şəklində Azərbaycanda mövcud olmasını istəməmişik. Üçtərəfli razılaşmaya əsasən müəyyən şərtlər daxilində buradadırlar. Əgər buradadırlarsa, öz missiyalarını sülhməramlı kontekstdə yerinə yetirməlidirlər. Təəssüflər olsun ki, həmin sazişin 4-cü bəndinə əməl edilmir. Məsələn, erməni silahlı qüvvələri ərazilərimizdən çıxarılmır. Bəyannamədə isə açıq şəkildə göstərilmişdi ki, Rusiya sülhməramlıları Azərbaycana daxil olandan sonra, paralel şəkildə erməni silahlıları ərazidən çıxarılmaldır. Digər tərəfdən, sülhməramlılar xeyli sayda ermənini Azərbaycan ərazilərinə daşıyıb gətiriblər. Bunların orada doğulub-doğulmadığı, hara erməniləri olduğu da məlum deyil. Eləcə də Laçın dəhlizində Azərbaycan Gömrük Xidməti və sərhəd xidmətinin qurulması vacibdir. Açıq şəkildə həmin bəyanatda göstərilmişdi ki, Qarabağdan qovulmuş azərbaycanlı türklər də geri qaytarılmalıdır. Hansı ki, Xankəndidən 12 min 500-ə qədər türkəsilli azərbaycanlı qovulub. Onlar bu günə qədər öz yurdlarına qaytarılmayıblar və sülhyaratma missiyasını həyata keçirən gücləri bu maraqlandırmır. Yaxud müəyyən atəşkəs razılaşması varsa, onun hansı silahla pozulmasının fərqi yoxdur, istər topla, istər mina partlaması ilə. Bu günə qədər ermənilər minalanmış sahələrin xəritəsini təqdim eləməyiblər və atəşkəs rejimi başlayandan xeyli mülki vətəndaşlarımız və hərbçilər minaya düşərək həlak olublar. Bu da atəşkəsin pozulmasıdır. Bu sualların aradan qaldırılması üçün Rusiya tərəfi bizə maneə olmamalıdır. Əgər Rusiyanın bu məsələdə vasitəçiliyi varsa, bunları etməlidir. Əgər istəmirsə, ölkəmizi tərk etməli və Azərbaycan öz mücadiləsinə qaldığı yerdən davam etməlidir. Bizim üçün prioritet olan bir məsələ var: Azərbaycanın müstəqillik aktında göstərilir ki, Azərbaycanın suverenliyi şəksizdir və bu, bütün ərazilərinə şamil olunmalıdır. Sərhədlərin delimitasiyası və demarkasiyasında da eyni fikirləri yürütmək mümkündür. Ermənilər 30 il ərzində ərazilərimizi işğal ediblər və bu gün sərhədlərimizi bərpa edirik. Dünyanın hər yerində hay-küy salıb bizi işğalçı kimi təqdim edirlər. Bu mənada diplomatik savaşımız, müəyyən məsələlərdə böyük dövlətlərlə, beynəlxalq təşkilatlarla münasibətlərdə çətinliklər yaranıb. Onlar bu məsələyə ikili standartla yanaşırlar. Məsələlərə münasibətdə obyektiv münasibət nümayiş etdirmirdilər. Ona görə də çətinliklər var, amma bizim tutduğumuz xətt milli maraqlara uyğundur.
- Müharibə ərəfəsində dünyanın aparıcı media orqanlarına müsahibələr verən və həqiqətləri çatdıran Ali Baş Komandanın təbliğat müharibəsi bu gün ayrı-ayrı qurumlar tərəfindən necə davam etdirilir?
- Bu, hibrid müharibəsidir və təbii ki, informasiya savaşı mühüm amillərdən biridir. Bəlkə də I-II dünya müharibələrində belə məsələlərin əhəmiyyəti yox idi. Müasir dövrümüzdə informasiya ən güclü silaha çevrilib. Prezident müharibənin gedişində və sonrakı dönəmlərdə də dünyanın aparıcı informasiya vasitələrinə verdiyi müsahibələrlə, keçirdiyi mətbuat konfransları ilə çox ciddi bir uğura imza atdı. İnformasiya savaşını tək Prezident aparmalı deyil. Gərək kütləvi informasiya vasitələrimiz, siyasi partiyalar, diasporalar bu yükü çiyinlərində daşısınlar. Açığı, bu məsələdə çox ciddi şəkildə boşluqlar var. Məncə, son zamanlar bir arxayınlıq yaranması halını müşahidə edirik. Ermənistan günahkar olmasına baxmayaraq, daha fəal şəkildə öz günahlarını Azərbaycanın üzərinə yıxır. Bəzi dövlətlər - ABŞ, Avropa Birliyinin, Fransanın verdiyi bəyanatlarda bunun izləri sezilir. Nəyə görə biz açı həqiqətləri ortaya qoymuruq? Məsələn, Ermənistan tərəfi revanşist çıxışlar edərək, bəyan edirlər ki, “Biz Şuşanı geri qaytaracağıq”. Əslində, onlar işğalçı siyasətlərindən əl çəkmədiklərini bəyan edirlər. Şuşanın Azərbaycan əraziləri olmasını bütün beynəlxalq təşkilatlar tanıyıblar. Bunu təsdiq edəm BMT-nin 4 qətnaməsi var. Ermənilərin bu çıxışlarına qarşı həmin təşkilatlar tərəfindən bir dəfə də olsa sərt reaksiya oldumu?! Xeyr. Bu gün Azərbaycan öz sərhədlərinin demarkasiyası və delimitasiyası ilə bağlı işlər görəndə Fransa kimi dövlətlər onun üzərinə gəlirlər. Mən burada informasiya boşluğunun və böyük informasiya məkanlarına çıxışlarımızın zəif olduğunu qeyd edərdim. Hesab edirəm, bu sahədə məsuliyyətli və ciddi davranmalıyıq. Bu işlər mərkəzləşmiş şəkildə olmalıdır.
Son illər Azərbaycan diasporasının dinamikası, erməni diasporasının dinamikasından üstündür. Sonra sanki bir arxayınlıq yarandı, yaxud hər kəs digərindən hərəkət gözlədi. Biz nəinki Azərbaycan diasporasının, ümumilikdə türkdilli dövlətlərin gücündən, imkanlarından da istifadə eləməyi bacarmalıyıq.
Sülhməramlıların olması baza yaratmaq anlamına gəlmir
- Fərəc bəy, sülhməramlıların fəaliyyətində indi görünən nədir?
- Sülhməramlılar bir-birinin ardınca öz səlahiyyətlərini aşan hərəkətlər edirlər. Azərbaycanın daxili işlərinə müdaxilə etməyə çalışırlar. Təbii ki, bu hal bizi narahat edir. Ölkə Prezidenti də yanvar ayında belə bəyanat verdi ki, sülhməramlılar burda humanitar fəaliyyətlə məşğul olurlar. Biz qış ayları olduğu üçün erməniəsilli vətəndaşlarımızın vəziyyətini nəzərə alıb göz yumuruq.
Prezident erməni silahlılarının çıxarılmaması, dəhlizdən müəyyən yüklərin buraxılması və sair məsələlərlə bağlı etirazını bildirib. Sülhməramlılar Laçın dəhlizindən istədikləri adamı buraxırlar, bəzən avtomobilləri yoxlamırlar. Bura Azərbaycan ərazisidir və kimsə səhrədi keçib ölkəyə gələcəksə, Azərbaycandan icazə almalıdır. Sülhməramlıların missiyası yalnız orda yaşayan erməniəsilli vətəndaşlarla, türkəsilli vətəndaşlar arasında insidentin yaranmasına imkan verməməkdir. Orada görüləcək bütün idarəedici məsələlərin hamısı Azərbaycanın işidir. Bu işlərin Rusiya sülhməramlılarına heç bir aidiyyəti yoxdur. Ona görə də sülhməramlılar belə özbaşınalıq etməkdə davam edəcəklərsə, müddətdən əvvəl ölkəni tərk etmələri gündəmə gələ bilər. Burada başqa ölkənin hərbçilərinin olması müvəqqəti xarakter daşıyır. Sülhməramlıların olması burada baza yaratmaq anlamına gəlmir.
Bir çox dövlətlərin maskaları düşdü
- Ermənistanın Qaragöl ətrafındakı hay-küyü, Fransanın bu istiqamətdəki cəfəng çıxışları, bundan əvvəl Rusiaya xarici işlər naziri Lavrovun Ermənistan və Bakıda verdiyi mesajlar, Rusiyanın Fransa ilə yenidən Minsk Qrupunu aktivləşdirmək istəkləri fonunda regionada marağı olan dövlətlər nəyə can atırlar?
- Regionda həmişə böyük güclərin savaşı gedir və belə yanaşmalar da gözlənilən idi. Amma bir çox dövlətlərin də maskaları üzlərindən düşdü. Burada sabitlik və barışın olması regionda marağı olan, Azərbaycanı özünün vassalına çevirmək istəyən güclərin marağında deyil. Sabitlik, sülh olarsa, hansısa xarici ölkənin qoşunlarının regionda yerləşməsinə də ehtiyac qalmaz. Ona görə də müxtəlif insidentlər yaratmaqla öz yerlərini möhkəmləndirirlər. Eləcə də Türkiyənin bölgəyə daxil olması bu gücləri narahat edir. Əslində onlar bölgəyə barışın gəlməsində maraqlı olmalı idi. Regionda böyük iqtisadi layihələr işlənir və bundan bütün dövlətlər qazana bilər. Bundan Rusiya da qazanar, Ermənistan da, İran da. Təəssüflər olsun ki, siyasi maraqlar hər şeyi üstəliyib.
- Bəzi qüvvələr, Prezidentin “ya hərb, ya sülh yolu ilə Zəngəzur dəhlizi açılacaq” mesajından niyə narahatdır?
- Azərbaycan Prezidentinin açıq və qəti şəkildə “Ermənistanın istəyib-istəməməsindən asılı olmayaraq ya hərb, ya da dinc yolla Zəngəzur dəhlizi açılmalıdır” fikirləri ona işarə edir ki, bölgəyə sülh gətirməkdə maraqlıyıq. Yaratdığımız ədalətli status-kvonu qoruyacağıq. Bu o demək idi ki, Azərbaycanda yenidən siyasi oyunlar qurmağa imkan verməyəcəyik. Minsk qrupunun nümayəndələrinin müharibə zamanı Azərbaycana gələndə Prezident tərəfindən mədəni şəkildə qovulması da onu göstərdi ki, onların yenidən burada bir proses başlatması, hətta geriyə çəkmək istəkləri anlaşılan deyil və biz buna imkan verməyəcəyik. Əslində, bu gün çox amansız bir diplomatik savaş gedir. Azərbaycan tərəfi də bu məsələlərdə dirəniş göstərir. İndi nə Azərbaycan, nə də onun müttəfiqi Türkiyə əvvəlkidir. Bu savaş nə qədər ağır olsa da, sonu bizim zəfərlə bitəcək.
Hər zaman savaşa hazır olmalıyıq
- Belə fikirlər var ki, iyun ayında regionda vəziyyət gərginləşə bilər. Bu daha çox Ermənistanda keçirilən seçkilər və bu seçkilərdə kimlərin qalib olması ilə əlaqələndirilir. Hansı gözləntilərdən söz gedir?
- Ermənistan müharibə ritorikasından əl çəkmir. İyun ayında vəziyyətin gərginləşəcəyi ilə bağlı Ermənistanda səslənən fikirlər siyasi spekulyasiyadan da qaynaqlanır. Seçkilər yaxınlaşır və bu həm daxili auditoriya, həm xarici güclər və beynəlxalq aləm üçün hesablanır. Əslində, orada iki tərəf arasında savaş gedir. Bir tərəf müharibədən imtina edib Türkiyə və Azərbaycanla iqtisadi açılım etməyi təklif edir, qarşı tərəf isə daha çox revanşist, təhdidlə çıxışlar edir. Seçkilər yaxınlaşdıqca, fikir verirsinizsə, revanşist çıxışlar edən tərəf daha çox Paşinyanın çıxışlarını oğurlamağa başlayıb. Paşinyansa daha çox qarşı tərəfin şüarlarından istifadə edərək, müharibə çağırışları, ordunu gücləndirmək və sair çıxışlara üstünlük verir. Təbii ki, bunlar daxili auditoriya üçün hesablanıb. Prinsip etibarilə Ermənistan Azərbaycan torpaqlarına iddialarından əl çəkməyəcək. Ona görə də hər zaman savaşa hazır olmalıyıq. Ermənistanda seçkidən sonra kimin başçı gəlməsindən asılı olaraq, indiki işğalçı şüarlardan fərqli bir mənzərə yaranacaq. Ermənistanın istəklərinə uyğun qaralarla gediş etməli deyilik, ağlarla hərəkət etməliyik. Bizim açıq-aydın, çox sadə yanaşmamız var; bütün dövlətlərin ərazi bütövlüyünə hörmət edirik. Ərazilərimizdə yaşayan erməniəsilli azərbaycanlılar Azərbaycanın qanunlarına hörmət etməli, Azərbaycan qanunlarını, pasportunu qəbul etməlidirlər. Bu olmayacaqsa, ölkəni tərk etməlidirlər. Başqa yol yodur. Ölkə Prezidenti də bildirdi, bizim yenidən status müzakirəmiz olmayacaq, Xankəndi, Xocalı, Xocavənd, Şəki, Şamaxı hansı inzibati ərazidədirsə, onlar da eyni quruluşda qalacaqlar.
Azərbaycan tolerant bir ölkədir. Bunu Şuşada keçirilən “Xarıbülbül” festivalında da gördük. Azərbaycanda yaşayan bütün etnosların nümayəndələri öz mədəniyyətlərini nümayiş etdirirdilər. Savaşda iştirak edən ayrı-ayrı xalqlardan olan Şəhidlərimiz var. Multikultural dəyərlərə önəm verən ölkəyik. Ermənilər Azərbaycanda yaşamaq istəyəcəklərsə, buyursunlar. Yaşamaq istəməyəcəklərsə, yol açıqdır. Heç bir güzəştimiz olmayacaq. Bu gün Ermənistanda hansı fikrin səslənməsinə baxmayaraq, biz onlara əhəmiyyət vermədən öz məqsədlərimizi həyata keçirmək üçün işlərimizi aparacağıq.

Tahirə Qafarlı/hafta.az
Bu xəbər oxucular tərəfindən 756 dəfə izlənilmişdir!
Yahoo | |||||||
Del.icio.us | Digg | StumbleUpon | FriendFeed |