24.05.2021 [10:14] - Xəbərlər, İdman
Azərbaycan daha bir beynəlxalq gimnastika yarışına uğurla ev sahibliyi etdi. Bu dəfə Milli Gimnastika Arenası qapılarını dünyanın müxtəlif ölkələrindən yeniyetmə və gənc aerobika gimnastlarının üzünə açıb.
Ölkəmizdə ilk dəfə keçirilən aerobika gimnastikası üzrə doqquzuncu dünya yaş qrupları yarışlarında 18 ölkədən 200 idmançı birincilik uğrunda mübarizə aparıb. Gimnastlar 12-14 və 15-17 yaş qruplarında fərdi qadın və kişi, qarışıq cütlük, üçlük, qrup proqramları üzrə yarışıblar. Eləcə də, 15-17 yaşlı idmançılar aero dans proqramında da öz qüvvələrini sınayıblar.
Ölkəmizdə son dövrlərdə inkişaf etdirilməsinə baxmayaraq, aerobika gimnastikası üzrə təmsilçilərimiz iştirak etdikləri ilk dünya birinciliyində 3 proqram üzrə final mərhələsinə vəsiqə qazanmağı bacarıblar.
Gimnastika tariximizdə ilk dəfə olaraq bu miqyasda yarışda 12-14 yaş qrupunda çıxış edən gimnastımız Məryəm Topçubaşova fərdi proqramda bürünc medal qazanıb. Məryəm və onun qrup proqramı üzrə çıxış edən komanda yoldaşları Fidan İbrahimova, Evelina Kozlovskaya, Leyla Əhmədova və Aylin Əliyeva finalda beşinci olub. Üçlük proqramı üzrə finalda çıxış edən Sara Əlixanlı, Sənəm Kazımova və Aliyə İsmayılova isə yeddinci yerdə qərarlaşıblar.
Bundan başqa, 12-14 yaş qrupunda çıxış edən Məryəm Topçubaşova, Fidan İbrahimova və Evelina Kozlovskayadan ibarət daha bir üçlüyümüz 10-cu olub.
Dünya birinciliyində 15-17 yaş qrupunda fərdi proqramda yarışan Dilarə Qurbanova 16-cı, qrup proqramında mübarizə aparan Leyla Abdullazadə, Arzu Ağayeva, Rövşanə Bağırzadə, Leyla Bejanova və Emiliya Mahmudova 10-cu yerdə qərarlaşıblar.

Bu xəbər oxucular tərəfindən 695 dəfə izlənilmişdir!
Yahoo | |||||||
Del.icio.us | Digg | StumbleUpon | FriendFeed |