04.12.2012 [12:11] - Gündəm, Sosial
Fəlsəfə elmləri doktoru Yadigar Türkelin təşkilatçılığı ilə Məhəmməd Əmin Rəsulzadənin “Panturanizm. Qafqaz sorunu” əsərinin təqdimatı olub. Davam.Az xəbər verir ki, tədbirdə elm adamları, ziyalılar, jurnalistlər iştirak ediblər.
Tədbirdə çıxış edən Yadigar Türkel bu əsərin mahiyyətindən söz açıb.
Xatırladaq ki, adıçəkilən kitabı ruscadan Yadigar Türkel tərcümə edib. Tərcüməçinin fikrincə, “Panturanizm. Qafqaz sorunu” ideoloji bir əsər kimi təqdirəlayiq bir kitabdır. “İdeoloji əsərlər bıçaq kimi iti, buz kimi soyuq olmalıdır. Bu mənada Məhəmməd Əmin Rəsulzadənin bu əsəri ideoloji istiqamətdə yararlanacağımız bir kitabdır” – deyə o vurğulayıb.
“Panturanizm. Qafqaz sorunu” kitabının əvvəlki illərdə tərcümə olunan əsərlərdən fərqləndiyini bildirən Xaliq Bahadır isə kitabın çağdaş Azərbaycan türkcəsinə uyğunlaşdırıldığını qeyd etdi. “Məhəmməd Əmin Rəsulzadə bizim siyasi poeziyamızdır. Buna görə də onun əsərlərini hamı dərk etməlidir. Amma əvvəlki illərdə tərcümə olunan əsərlərdə çoxlu ərəb-fars tərkibli sözlər həmin əsərlərin dərk edilməsini çətinləşdirir. Biz çalışdıq ki, tərcümə olunan əsər çağdaş Azərbaycan türkcəsinə maksimum dərəcədə uyğun olsun”.
Aqşin Kərimov

Bu xəbər oxucular tərəfindən 1569 dəfə izlənilmişdir!
Yahoo | |||||||
Del.icio.us | Digg | StumbleUpon | FriendFeed |