Şrift:
“Güneyin Təbliğatçısı” Əkrəm Rəhimlinin 80 illik yubileyi keçirildi
04.12.2012 [23:25] - Gündəm, Güney Azərbaycan xəbərləri, Güney Azərbaycan-Təbriz
Dekabr ayının 4-ü 2012-ci il tarixdə, saat 14-00-da Dünya Azərbaycanlılarının İnformasiya Mərkəzində, görkəmli alim Əkrəm Rəhimlinin 80-illik yubleyi keçirildi.

21 Azər hərəkatının şahidi Əkrəm Rəhimli Güney Azərbaycanla bağlı çoxsaylı əsərlərin müəllifi olaraq bu gün dünya azərbaycanlıları arasında böyük nüfuz sahibdir. Tədbirin açılışını t.e.ü.f.d. Talıblı Sübhan edərək Əkrəm Rəhimlinin elmi yaradıcılığı haqqında məruza etdi.Məruzədə qeyd edildi ki, Güney Azərbaycan şöbəsinə gələn gündən indiyədək "Güney Azərbaycan" ensiklopedik məlumat kitabı (Ş.Tağıyeva və S.Bayramzadə ilə birlikdə), "Güney Azərbaycanda milli-demokratik hərəkat" (1941-1946),"Seyid Cəfər Pişəvəri", "Doktor Salamulla Cavid", "Parçalanmış millətin harayı" kitablarının müəllifi, tərtibçisi və redaktoru, güneyli müəllif Səməd Sərdarniyanın "Arazın hər iki sahilində soyqırım" və "İrəvan müsəlman sakinli şəhər olmuşdur" kitablarının, "Məşrutə hərəkatı 100", "Ş.M.Xiyabani hərəkatı" məqalələr toplusunun elmi redaktoru olmuşdur. İran və Güney Azərbaycanın indiki problemlərinə aid elmi məqalələri İran, Türkiyə, Almaniya, Kanada və Bakıda müxtəlif dərgilərdə çap olunub. Hazırda "Güney Azərbaycan Pəhləvilər dövründə" (1925-1979) elmi tədqiqatını başa çatdırmaq üzrədir. XX əsrin 80-ci illərində yazdığı "Çağdaş İranda aqrar kəndli məsələsi" kitabını çapa hazırlayıb.

Açılış sözündən sonra tədbirdə çıxış edən Professor Qulamrza Səbri Təbrizi Əkrəm müəllim haqqında ürək sözlərini dedi. Uzun zamanın dostları olduğunu bildirən professor Təbrizi başkanı olduğu GAMAC adından Güney Azərbaycanla bağlı gördüyü işlərə görə “Güneyin Təbliğatçısı” kimi Əkrəm Rəhimliyə diplom-plaket və pul mükafatı təqdim etdi. Daha sonra çıxış edən F.e.n. İslam Qəribli, F.e.d. Sabir Nəbioğlu, F.e.n Pərvanə Məmmədli, “Güneyin Səsi” dərgisinin baş redaktoru Ənvər Yusifoğlu və digərləri qeyd etdilər ki, bütün şüurlu həyatı boyu Güney Azərbaycanla - ata yurdu ilə nəfəs alıb bu dəyərli insan. Müstəqilliyimizin bərpasınadək Əkrəm Rəhimli Quzeydə "vətənsiz" ("vətəndaşlığı olmayan") pasportu ilə yaşayıb.

Daha sonra məruzə edənlər ömrünün 50 ildən çoxunu Şərqşünaslıq İnstitutunun kollektivinin əhatəsində keçirən Əkrəm müəllimin burada ona müraciət edənlərə hər zaman səmimiyyət, mehribanlıq, qayğı ilə yanaşmasını qeyd etdilər. Əkrəm müəllim Həmid Araslı, Əbdülkərim Əlizadə, Ziya Bünyadov, Aida İmanquliyeva kimi görkəmli şərqşünaslarla bir yerdə çalışıb, onlardan həmişə dəstək görüb. İnstitut elmi şurasının üzvü, Cənubi Azərbaycan şöbəsinin rəhbəridir. Güney Azərbaycanı öyrənən alimlərə elmi yardımını əsirgəməmişdir.
Tədbirdə Türk Xalqlarının Ümumdünya Assambleyasının vitse-prezidenti Yəhya Yusif Cəniyar, MDHP Güney Azərbaycan Departamentinin rəhbəri Əlirza Amanbəyli, MDHP Gənclər Təşkilatının sədri Seymur Həsənli, "Yeni Nəfəs" İctimai Birliyinin sədri Hüseyn Günəşli, Güneyli şair Akşın Ağkəmərli və AMEA-nın əməkdaşları, elm adamları, mətbuat nümayəndələri, jurnalistlər,diaspora nümayəndələri, tələbə və gənclər də yubliyar haqda öz ürək sözlərini tədbir iştirakçılarilə bölüşdülər.
“Güneyin Təbliğatçısı” Əkrəm Rəhimlinin 80 illik yubileyi keçirildi
“Güneyin Təbliğatçısı” Əkrəm Rəhimlinin 80 illik yubileyi keçirildi
“Güneyin Təbliğatçısı” Əkrəm Rəhimlinin 80 illik yubileyi keçirildi
“Güneyin Təbliğatçısı” Əkrəm Rəhimlinin 80 illik yubileyi keçirildi
“Güneyin Təbliğatçısı” Əkrəm Rəhimlinin 80 illik yubileyi keçirildi
“Güneyin Təbliğatçısı” Əkrəm Rəhimlinin 80 illik yubileyi keçirildi

“Güneyin Təbliğatçısı” Əkrəm Rəhimlinin 80 illik yubileyi keçirildi
Bu xəbər oxucular tərəfindən 2311 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed