24.05.2021 [10:48] - Gündəm, İdman
Şimali Makedoniyanın paytaxtı Skopyedə 23 yaşadək güləşçilər arasında Avropa çempionatına yekun vurulub.
Çempionatda 67 kiloqram çəki dərəcəsində çıxış edən yunan-Roma güləşçimiz Həsrət Cəfərov ilk mərhələdə rumıniyalı rəqibinə qalib gəlib. Gürcüstan pəhləvanını sonuncu xal prinsipinə əsasən, mübarizədən kənarlaşdırılan həmyerlimiz yarımfinalda Macarıstan idmançısına minimal fərqlə uduzub. Rəqib yarımfinaladək heç bir görüş keçirmədiyi - Fransa və Avstriya güləşçiləri xalça üzərinə çıxmadığı üçün H.Cəfərov birbaşa Avropa üçüncüsü olub.
Azərbaycan komandası U-23 Avropa çempionatında 9 medal qazanıb. Belə ki, sərbəst güləşçilərimizdən Cəbrayıl Hacıyev (70 kq) qızıl, Əliabbas Rzazadə (57 kq), Orxan Abbasov (86 kq), Osman Hurməhəmmədov (92 kq) gümüş, Zirəddin Bayramov (65 kq), İslam İlyasov (97 kq) və Vahid Qalayev (125 kq) bürünc medala sahib olublar. Yunan-Roma güləşçilərimizdən isə Zaur Əliyev (55 kq) Avropa çempionu olub, H.Cəfərov bürünc medal əldə edib.

Bu xəbər oxucular tərəfindən 822 dəfə izlənilmişdir!
Yahoo | |||||||
Del.icio.us | Digg | StumbleUpon | FriendFeed |