Şrift:
Xarici vətəndaşların Qazaxıstan ərazisində müvəqqəti qalma müddəti başa çatır
25.05.2021 [10:20] - Gündəm, Sosial
Qazaxıstanda xarici ölkə vətəndaşlarının qeydiyyatı qaydalarında dəyişiklik olunub. COVID-19 pandemiya ilə əlaqədar xarici vətəndaşların Qazaxıstanda müvəqqəti qalma müddətinin bitməsi barədə xəbərdarlıq edilib.

Bu barədə Milli Təhlükəsizlik Komitəsinin mətbuat xidmətinin məlumatına görə, xarici vətəndaşların Qazaxıstan ərazisində müvəqqəti qeydiyyatsız qalma müddəti bu il iyunun 5-də başa çatır.

Məlumatda bildirilir ki, artıq Qazaxıstan dövlət sərhədindən keçən quru və aviasiya nəzarət-keçid məntəqələri ştat rejimində fəaliyyət göstərir.

DTK sərhəd xidməti xarici vətəndaşların ölkələrinə maneəsiz qayıtması üçün tədbirlər görür, karantin məhdudiyyətləri dövründə şəxslərin ölkədən getməsi prosedurunun izahı təşkil edilib.

Xatırladaq ki, 2021-ci il yanvarın 18-də koronavirusun yayılmasının qarşısının alınması üzrə İdarələrarası Komissiyanın qərarı ilə vizaları, səyahət sənədləri və qeydiyyat müddəti bitmiş əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin Qazaxıstanda qalma müddəti cari il iyunun 5-dək uzadılmışdı.
Bu xəbər oxucular tərəfindən 495 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed