Şrift:
Bolqarıstanda prezident seçkilərinin ikinci turunda Rosen Plevleniyev qalib gəlib
31.10.2011 [11:34] - Siyasət
Bolqarıstanda prezident seçkilərinin ikinci turunda hakim partiyanın namizədi Rosen Plevleniyev qalib gəlib.

“Exit-poll”un nəticələri Plevleniyevin 54 faiz səs topladığını göstərir. Onun rəqibi, Bolqarıstan Sosialist Partiyasının namizədi İvaylo Kalfin səsvermə hüququna malik vətəndaşların 46 faizinin səsini toplayıb. Mərkəzi Seçki Komissiyası seçkilərdə vətəndaşların 42 faizinin iştirak etdiyini açıqlayıb. Artıq İvaylo Kalfin seçkilərdə məğlub olduğunu etiraf edib. Seçkilərin rəsmi nəticələri bu gün açıqlanacaq. Rosen Plevleniyev qalib gələcəyi təqdirdə öz səlahiyyətlərinin icrasına 2012-ci il yanvarın 23-dən başlayacaq.

Qeyd edək ki, seçkilərin ilk turunda namizədlərdən heç biri 50 faizdən yuxarı səs toplamayıb. Hazırda Bolqarıstanın prezidenti Georgi Pırvanovdur. O, on il bu vəzifəni icra edib.
Bu xəbər oxucular tərəfindən 1148 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed