25.05.2021 [10:38] - Xəbərlər, İqtisadiyyat
Yaponiya milli valyutası olan yenin dollara nisbətdə möhkəmlənməsi nəticəsində xarici aktivlərinin azalmasına baxmayaraq, 2020-ci ildə də son 30 ilin ən böyük kreditor ölkəsi kimi qalıb.
Bu barədə mayın 25-də Yaponiya Maliyyə Nazirliyi məlumat yayıb.
Nazirlik bəyan edib ki, ölkənin hökumətə, şirkətlərə və fərdi investorlara məxsus təmiz xarici aktivləri ümumilikdə 356,97 trilyon yen (3,3 trilyon dollar) təşkil edib ki, bu da əvvəlki ilin göstəricisi ilə müqayisədə 0,01 faiz azdır və bu, 2017-ci ildən bəri ilk azalmadır.
Nazirliyin bildirdiyinə görə, milli valyuta ötən ilə nisbətən dollarla müqayisədə 6 yen möhkəmlənib ki, bu da balansın təqribən 22,9 trilyon yen azalmasına səbəb olub.
Yaponiyanın ümumi xarici aktivləri isə birbaşa xarici investisiyaların və qiymətli kağızlar şəklində investisiyaların cəlb olunması, həmçinin daxili investorların əlində olan qiymətli kağızların dəyərinin qalxması nəticəsində 5,1 faiz artaraq rekord həddə - 1146,13 trilyon yenə çatıb.
Həmçinin qeyd edilir ki, onun xarici öhdəlikləri də 7,6 faiz artaraq rekord məbləğ təşkil edib – 789,16 trilyon yen.
Nazirliyin nümayəndələrinin bildirdiyinə görə, koronovirus pandemiyası xarici investisiyalara marağı azaltmayıb və bunun əvəzində hökumətlərin və Mərkəzi bankların böhrana qarşı təqdim etdiyi əlavə vəsaitlər xaricdən gələn tranzaksiyaların miqdarını artırıb.
Məlumatda, həmçinin qeyd edilir ki, hesabat ilində Almaniya 323,47 trilyon yen məbləğində təmiz xarici aktivlərlə ikinci, Honkonq 223,09 trilyon yen ilə üçüncü, Çin isə 222,83 trilyon yen ilə dördüncü olub.
Həmçinin bildirilir ki, bütün dünyada ən böyük xarici borc sahibi 1460,36 trilyon yen təmiz xarici borc ilə ABŞ-dır.

Bu xəbər oxucular tərəfindən 897 dəfə izlənilmişdir!
Yahoo | |||||||
Del.icio.us | Digg | StumbleUpon | FriendFeed |