25.05.2021 [10:51] - Gündəm, Mədəniyyət
Özbəkistanın Xalq şairi, tanınmış ədib və tərcüməçi, akademik Qafur Qulamın yaradıcılığına həsr edilmiş “Qafur Qulam: Mən Şərqdənəm” adlı beynəlxalq konfransda AMEA Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun şöbə müdiri, filologiya elmləri doktoru Almaz Ülvi Binnətova çıxış edi
Onlayn formatda keçirilən konfransın plenar iclasında alimin “Qafur Qulam və Azərbaycan” mövzusunda məruzəsi dinlənilib.
Almaz Ülvi qeyd edib ki, Qafur Qulam XXI əsrdə də böyük şəxsiyyət və istedadlı şair kimi parlayacaq. Onun “Mən Şərqdənəm” adlı şeirindəki əzəmət, qürur milli iftixardan, milli hissiyyatdan doğur. Vətənə, xalqa məhəbbət onun yaradıcılığının əsasını təşkil edir. Qafur Qulamın əsərlərindən xeyli hissə Azərbaycan oxucusuna çatdırılıb. Xəlil Rza, Qabil, Qasım Qasımzadə, Məmməd Aslan, Səyavuş Sərxanlı, Əhəd Muxtar, Müzəffər Şükür və başqaları şairin şeirlərini ana dilimizə çeviriblər, müxtəlif mətbu orqanlarda, almanaxlarda dərc etdiriblər. Tərcümə olunan şeirlər Azərbaycanla bağlı yazılmış poeziya nümunələridir. Qafur Qulamın “Bir-birinə şagird, bir-birinə ustad”, “Səməd Vurğuna”, “Azərbaycanlı pambıqçı qardaşlara”, “Xəzər”... adlı şeirlərində Azərbaycana olan məhəbbəti səmimidir, uludur. Qafur Qulam özbək ədəbiyyatının Səməd Vurğunu kimi şöhrət qazanıb.
Daha sonra digər məruzələr dinlənilib

Bu xəbər oxucular tərəfindən 667 dəfə izlənilmişdir!
Yahoo | |||||||
Del.icio.us | Digg | StumbleUpon | FriendFeed |