05.12.2012 [10:12] - Güney Azərbaycan xəbərləri, Sosial
İran rejimi, onun qeyri demokratik və irqçi siyasətini ört-bastır edən ölkə Mediasından başqa, azad kütləvi informasiya vasitələri ilə heç cür barışa bilmir.
Ölkədə təbii fəlakət, vətəndaş hüququ, milli haqlar və iqtisadi sorunlar kimi problemləri həll etmək yerinə, o problemləri ifşa edən təşkilatlar və kütləvi informasiya vasitələri ilə hədəfə alınmaqdadır. Güney mətbuatı və millətin tək Telekanalı sayılan GünAz TV, Azərbaycanın pozulmuş haqlarını diqqətə çatdırdığına görə, İran rejiminin gözündə olduqca günahkar görünür.
Son zamanlar Güney Azərbaycanın Qaradağ bölgəsində zəlzələdən zərərçəkən soydaşlarımız, onlara qarşı laqeyd münasibətdən olduqca ətkilənib və ağır vəziyyətdə yaşamağa məhkum olublar. Zəlzələnin baş verdiyi gündən aylar keçsə də, hələ də əhalinin böyük əksəriyyəti çadırlarda gecələyir və soyuq hava şəraitində çöldə qalır. Bu vəziyyət demək olar ki, millətimizin yardım əli çatmayan bütün kəndlərə hakim kəsilib.
Zəlzələdən zərərçəkənlərin ağır şəraiti GünAz TV ekranında nümayiş etdirikdikcə, İran rejiminin iç üzü ifşa olunur. Dünən Tehranın Azadi stadionunda (stadyom) keçirilən “Traxtur-Piruzi” müsabiqəsi və ordaki soydaşlarımız tərəfindən hər kəsin diqqətini zəlzələdən zərərçəkənlərin ağır vəziyyətinə yönəltmək, artıq Azərbaycan həqiqətlərinin dünyaya çatdırılmasında irəlləyiş deməkdir. Xüsusi ilə nəzərə alsaq ki, “Traxtur” tərəfdarlarının bu hərəkəti müsabiqədən öncə Milli Hərəkat fəalları tərəfindən elan olunub və GünAz TV-dən yayımlanmışdır, bu kimi şüurlu şəkildə düzənlənən hərəkətlər İran rejimini qorxutmaya bilməz. Rejim onsuz da mənfi olan imicini (vəchə) daha da itirməməsi üçün Güney kütləvi informasiya vasitələri və GünAz TV-yə qarşı təbliğat maşınını işə salır və bu qüvvənin təsirini azaltmağa çalışır. Buna misal “jamnews” saytının əsas səhifəsində GünAz TV-yə qarşı dərc etdiyi təxribatçı məntdir. Mətndə çalışırlır ki, GünAz TV-ni təxribatçı kimi qələmə versin. Halbuki, Güney kütləvi informasiya vasitələri və GünAz TV-ni təxrib etmək yerinə, onların diqqət mərkəzinə gətirdiyi problemlərin həlli ilə məşğul olunmalıdır.

Bu xəbər oxucular tərəfindən 1293 dəfə izlənilmişdir!
Yahoo | |||||||
Del.icio.us | Digg | StumbleUpon | FriendFeed |