27.05.2021 [10:03] - Gündəm, Sosial
Son məlumatlara görə, Yaponiyada ötən ilin fevralından bəri koronavirus pandemiyası səbəbindən iflasa uğramış şirkətlərin sayı 1500-ü ötüb.
“Teikoku Databank” kredit tədqiqatları şirkətinə istinadla xəbər verir ki, həmin müəssisələr ya müflis olduqlarını artıq elan ediblər, ya da ləğv edilmə barədə sənədləri hazırlamaq üçün fəaliyyətlərini dayandırıblar. Bildirilir ki, ən böyük zərbə ictimai iaşə obyektlərinə dəyib. Belə ki, 250 belə müəssisə artıq bağlandığını elan edib. Bundan sonra tikinti (140 müəssisə) və yaşayış (89 müəssisə) şirkətləri gəlir.
Qeyd edilir ki, yanvardan başlayaraq bu rəqəm hər ay artır. Məhz həmin vaxtdan böyük Tokioda koronovirus pandemiyasına görə ikinci fövqəladə vəziyyət rejiminin tətbiq edildiyi xatırladılır.
Şirkətdən bildirildiyinə görə, ictimai iaşə və mehmanxana biznesinin dayanması digər asılı sahələrə, məsələn bu müəssisələrdə təmir və quraşdırma işləri həyata keçirən şirkətlərin fəaliyyətinə ciddi təsir göstərir. Bu şirkətlər də fəaliyyətlərini dayandırmağa məcbur olurlar.
Şirkətdən onu da bildiriblər ki, Tokioda və ətraf regionlarda fövqəladə vəziyyət rejimi davam etdiyinə görə müflis olan şirkətlərin sayı artmaqda davam edəcək.

Bu xəbər oxucular tərəfindən 567 dəfə izlənilmişdir!
Yahoo | |||||||
Del.icio.us | Digg | StumbleUpon | FriendFeed |