Şrift:
Traxtur-Piruzi müsabiqəsində diqqət Qaradağda zəlzələdən zərərçəkənlərə yönəldi
05.12.2012 [10:29] - Güney Azərbaycan xəbərləri, İdman
Təbrizin “Traxtur” futbol takımı ilə Tehranın Piruzi takımı arasında keçirilən müsabiqədə əhəmiyyətli hadisələr yaşandı.


(1 – 0) hesabı ilə “Traxtur”un xeyirinə yekunlaşan müsabiqə, dünən Tehranın Azadi stadionunda keçirildi.


Müsabiqənin 20-ci dəqiqəsində öncədən planlaşdırıldığı kimi minlərlə “Traxtur” tərəfdarı əynindəki paltarları çıxardaraq, İran rəhbərliyi və dünya ictimaiyyətinin diqqətinin Qardağ bölgəsindəki zəlzələdən zərərçəkənlərə yönəltdilər. Hansıki, soyuq bir hava şəraitində çadırlarda və olduqca ağır vəziyyətdə yaşayırlar. “Piruzi” takımının bir çox tərəfdarları isə soydaşlarımızı fitə basmağa çalışdılar. Azərbaycanlılar buna cavab olaraq, “Biz ölməyə hazırıq – Babəkin sərbazıyıq” şüarını səsləndirdilər.
Həmçinin “Traxtur” tərəfdarları ingiliscə yazılmış plakat da nümayiş etdirməyə nail olublar. Plakatda “hökumətsiz xalqın talehi belə olar!” mətni yazılıbmış. Bunları görən təhlükəsizlik qüvvələri “Traxtur” tərəfdarlarına qarşı hücuma keçib və tərəflər arasında qarşıdurma yaranıb. Bir çox soydaşımızın hökumət qüvvələri tərəfindən döyüldüyü bildirilir.
Bu xəbər oxucular tərəfindən 1396 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed