Şrift:
“SEPAH”-la əlaqələrdə şübhəli bilinən terror hazırlayan dəstəyə hökm oxunub
05.12.2012 [10:40] - Gündəm, Hadisə
Dekabrın 3-də Bakı Ağır Cinayətlər Məhkəməsində "Eurovision-2012" mahnı müsabiqəsi ərəfəsində Bakıda və bölgələrdə terror hadisələri planlaşdırmaqda və “SEPAH”-la əlaqələrdə şübhəli bilinən dəstənin üzvlərinin məhkəməsi başa çatıb.
Prosesdə hökm oxunub. Hökmə əsasən, Kamal Yaqubov 14 il, Rəşad Şahbazov 13 il 6 ay, Rəcəb Abbasov və Afiq Allahverdiyev isə hərəsi 13 il müddətinə azadlıqdan məhrum edilib.
Qeyd edək ki, Milli Təhlükəsizlik Nazirliyi (MTN) "Eurovision-2012" mahnı müsabiqəsi ərəfəsində Bakı, Sumqayıt, Gəncə şəhərlərində, o cümlədən Qax, Zaqatala, Şəki, Quba rayonlarında xüsusi əməliyyat keçirib, terror hadisələri planlaşdırmaqda şübhəli bilinən ümumilikdə 40 nəfəri zərərsizləşdirib. Qrup üzvlərinin cinayət işləri mahiyyəti üzrə ayrı-yarılıqda araşdırılır.
Onlar Cinayət Məcəlləsinin 274-cü (dövlətə xəyanət), 29,214.2.1, 29,214.2.3-cü (qabaqcadan əlbir olan bir qrup şəxs, mütəşəkkil dəstə və ya cinayətkar birlik (cinayətkar təşkilat) tərəfindən, təkrar terrorçuluq törətməyə cəhd), 206.4-cü (qaçaqmalçılıq), 228.3-cü (qanunsuz olaraq odlu silah, onun komplekt hissələrini, döyüş sursatı, partlayıcı maddələr və qurğular əldə etmə, başqasına vermə, satma, saxlama, daşıma və gəzdirmə) maddələri ilə ittiham edilirlər.
İran İslam Cümhuriyyətinin Azərbaycandakı səfirliyi isə həmin şəxslərin “SEPAH”-la əlaqələrinin olmasını təkzib edib.
Bu xəbər oxucular tərəfindən 1154 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed