Şrift:
Türkiyənin “Anadolu Efes” klubu Avroliqanı birinci pillədə başa vurub
31.05.2021 [09:21] - Gündəm, İdman
Türkiyənin "Anadolu Efes" basketbol klubu Avroliqanın qalibi olub.

Almaniyanın Köln şəhərində təşkil olunan "Dördlər finalı"nda Türkiyə klubu İspaniyanın "Barselona" komandası ilə üz-üzə gəlib.

Maraqlı oyun nümayiş etdirən "Anadolu Efes" rəqibini 86:81 hesabı ilə məğlub edərək turniri birinci pillədə başa vurub.

Qalib komandanın heyətində Vasilie Mitsiç fərqlənib. Həlledici görüşdə basketbolçu aktivinə 25 xal yazdırıb.

Qeyd edək ki, 14 qat Türkiyə çempionu olan "Anadolu Efes" 2019-cu ildə Avroliqada gümüş, 2000-ci ildə isə bürünc medal qazanıb.
Bu xəbər oxucular tərəfindən 709 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed