Şrift:
Güney azərbaycanlı siyasi məhbuslarla bağlı imza kampaniyası başlayıb
31.05.2021 [10:27] - Güney Azərbaycan xəbərləri, Güney Azərbaycan-Təbriz
Təşkilat Abbas Lisani və Əlirza Fərşi də daxil olmaqla Güney azərbaycanlı siyasi və milli-mədəni məhbusların müalicəsinin tələbi üçün imza kampaniyasına dəstək verməyə çağırıb.

Qurum change.org saytında başlatdığı imza kampaniyasında bütün insan haqları müdafiəçilərini, sosial media fəallarını Güney Azərbaycanın həbsdə olan milli-mədəni fəallarını müdafiə etməyə səsləyib.

"Azərbaycanlı milli-mədəni məhbuslar təcili müalicə olunmalıdırlar.
Beynəlxalq konvensiyalara görə hər bir məhbus insan hüquqlarına malikdir və həbsxana məsulları onların sağlamlıqlarının təmin olunması üçün məsuliyyət daşıyırlar.

Bu gün çox sayda azərbaycanlı fəallar özləinin milli-mədəni hüquqlarını müdafiə ittihamı il İran İslam Respublikası tərəfindən həbs olunub və qeyri-insani şərait nəticəsində müxtəlif xəstəliklərə yoluxublar.

Abbas Lisani mədəni fəaliyyətlərinə görə 15 il həbs cəzasına məhkum olub. Bel və diz ağrılarından əziyyət çəkdiyi üçün ağır durumdadır və hərəkət qabiliyyətini itirib. Həbsxana məsulları onun həbsxanadan qıraqda müalicəsin imkan vermirlər. Ərdəbil həbsxanasında isə heç bir müalicə şərayiti mövcud deyil.

Əlirza Fərşi həbs olunduğu zaman məmurlar tərəfindən döyüldüyünə görə boyun və sol gözündən ciddi xəsarət alıb və müalicə olunmadığı təqdirdə görmə qabiliyyətini itirəcək. Böyük Tehran həbsxanasının məsulları ona müalicə olunmaq üçün tibbi məzuniyyət verməkdən boyun qaçırır"-deyə, çağırış bəyanatının mətnində belə deyilir.

Bu müraciəti imzalayanlar bütün məhbusların azad olunmasını, məhbusların sağlıq durumuna diqqət yetirilməsini, özəlliklə Abbas Lisani və Əlirza Fərşinin təcili şəkildə müalicə olunmasına şərait yaradılmasını tələb edib.
Bu xəbər oxucular tərəfindən 1019 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed