31.10.2011 [11:41] - Siyasət
Bu gün bələdiyyələrə təkrar, əlavə və yeni seçkilərdə iştirak etmək üçün imza vərəqələrinin və digər seçki sənədlərinin dairə seçki komissiyalarına (DSK) qəbulu başa çatır. Proses saat 18.00-da başa çatacaq.
Bələdiyyə üzvlüyünə namizədlərin irəli sürülməsi prosesinə sentyabrın 30-dan başlanıb. Bələdiyyə üzvlüyünə namizədliyini 21 yaşı tamam olmuş, müvafiq bələdiyyənin ərazisində yaşayan Azərbaycan Respublikasının vətəndaşları, həmçinin seçicilərin təşəbbüs qrupları, siyasi partiyalar, siyasi partiyaların blokları irəli sürə bilər.
Seçki noyabrın 30-na təyin olunub.
Seçki 86 seçki dairəsi və 330 bələdiyyə üzrə 464 yerə keçiriləcək.
Qeyd edək ki, Azərbaycanda sonuncu bələdiyyə seçkisi 2009-cu il dekabrın 23-də keçirilib.

Bu xəbər oxucular tərəfindən 1218 dəfə izlənilmişdir!
Yahoo | |||||||
Del.icio.us | Digg | StumbleUpon | FriendFeed |